Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər –UEFA prezidenti

Tarix 26.02.21, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


Çempionlar Liqasının (ÇL) final oyunu ABŞ-da keçirilə bilər.

“Sun” nəşrinin məlumatına görə, UEFA prezidenti Aleksander Çeferin Avropa sərhədlərini aşmağı planlaşdırır.

Sloveniyalı futbol funksionerinin rəhbərlik etdiyi qurum 2024-cü ildən etibarən ÇL-də inqilaba hazırlanır. Maksimum sayda klubun iştirakının planlaşdırıldığı yeni formata əsasən, hədəflərdən biri də başqa qitədə final görüşü təşkil etməkdir. Bu səbəbdən Nyu-York 2025-ci ildəki finala ev sahibliyi etmək üçün mümkün namizəd sayılır.

Çeferin hələ 2016-cı ildə prezident təyin olunan vaxt final matçının ABŞ-da keçirilməsinə işarə etmişdi. O beş il öncəki açıqlamasında “Portuqaliyadan Azərbaycana getməklə Nyu-Yorka getmək, demək olar ki, eynidir. Azarkeşlər üçün problem yoxdur”, demişdi.

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı formatınkı final matçları bu il İstanbulda, gələn il Sankt-Peterburqda, 2023-cü ildə Münhendə, 2024-cü ildə isə Londonda baş tutacaq. (Apasport.az)




Xəbərin oxunma sayı : 400




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap