Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

REAL partiyası MSK-ya müraciət edib - DSK-larda təmsil olunmaq üçün

Tarix 01.03.21, 22:41

Font ölçüsü : - / +
bitmap-img6


Respublikaçı Alternativ Partiyası (REAL) dairə seçki komissiyalarında (DSK) təmsil olunmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə qeyd olunub ki, Milli Məclisə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərdə Erkin Qədirli 16 saylı Yasamal Birinci Seçki Dairəsindən deputat seçilib. E.Qədirli 31 avqust 2020-ci ildən qeydiyyata alınmış REAL partiyasının üzvüdür. Parlament partiyaları üçün nəzərdə tutulan dövlət vəsaitinin bir hissəsi REAL Partiyasına ayrılır.

Müraciətdə bildirilir ki, hazırda parlamentdə deputatları azlıq təşkil edən 10 siyasi partiya var və bəzi digər parlament partiyalarından fərqli olaraq REAL hələ də dairə seçki komissiyalarında təmsil olunmur. 125 DSK-da təmsilçilik 10 partiya arasında bölüşdürülməlidir: “Bu baxımdan ən azından 12 dairənin hərəsinə 3 nəfər DSK üzvlüyünə namizəd təqdim etmək istəyirik. Toplam 37 nəfər DSK üzvlüyünə namizədimizin 12-dən çox sayda DSK üzrə təqdim edə bilərik”.

Müraciətdə məsələnin müzakirəsi üçün MSK-dan görüş istənilir.



Xəbərin oxunma sayı : 346




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap