“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qarabağın bərpası niyə ləngiyir? - Rəsmi açıqlama

Tarix 05.04.21, 11:10

Font ölçüsü : - / +
bitmap-img6


Aprelin 5-də ADA Universitetində Beynəlxalq Mina Anlayışı və Mina Fəaliyyətlərinə Dəstək Gününə həsr olunmuş tədbir keçirilib.

AzFakt xəbər verir ki, tədbirdə çıxış edən Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın minalanmadan əziyyət çəkən ölkələrdən biri olduğunu, hazırda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün işlərin yüksək sürətlə davam etdirildiyini bildirib.

Minalardan təmizləmə işlərinin Azərbaycan üçün öncül sahələrdən olduğunu deyən Prezident Administrasiyası rəsmisi Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi üzündən əlavə çətinliklərin ortaya çıxdığını, bu istiqamətdə beynəlxalq səviyyədə danışıqlar aparıldığını diqqətə çatdırıb.

H.Hacıyev xatırladıb ki, Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan torpaqlarda məqsədyönlü minalanma işləri aparılması nəticəsində həm hərbçilər, həm də mülki əhali arasında çox sayda ölən və yaralananlar var:

“Biz Ermənistanın beynəlxalq hüquq çərçivəsindəki öhdəliklərini, habelə insan həyatını qorumaqla bağlı mənəvi öhdəliklərini yerinə yetirməsini tələb edirik. Azərbaycan sülhü və məsuliyyəti təmin etmək üçün hər cür mümkün və zəruri hüquqi tədbirləri görəcək”.



Xəbərin oxunma sayı : 970




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap