Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Türkiyə hərbi qarnizonu Şuşaya yerləşdirilsin“ - “Rusiyanın təxribatları göz qabağındadır və...“

Tarix 08.04.21, 18:23

Font ölçüsü : - / +
bitmap-img6


"Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır. Bu bir neçə səbəbdən bizim üçün vacibdir".

AzFakt xəbər verir ki, belə bir təkliflə politoloq Elxan Şahinoğlu çıxış edib. O, təklifini bir necə vacib məsələlərlə əlaqələndirir:

"Birincisi, Azərbaycan ordusu müharibədə qələbə qazanaraq Şuşanı azad etsə də, erməni separatizmi tarixi şəhərimizi “nə zamansa geri qaytarmaq” haqqında düşüncələrindən əl çəkən deyil. Şuşada ötən əsrin əvvəllərindən qısa fasilələrlə baş verənlər də bundan xəbər verir. Deməli, biz Şuşanı var gücümüzlə qorumalı və bir daha düşmən əlinə keçməsinə imkan verməməliyik. Azərbaycan ordusuyla yanaşa Şuşada Türkiyənin hərbi qarnizonun varlığı bu şəhərin təhlükəsizliyini daimi edəcək.

İkincisi, aydındır ki, Türkiyənin Şuşada hərbi qarnizon yaratması Ermənistanı və Rusiyanı narahat edəcək, həm İrəvan, həm də Moskva buna mane olmağa çalışacaqlar. Ancaq biz istəyəndən sonra Türkiyənin Şuşada hərbi qarnizonunu formalaşdırmağa heç nə mane ola bilməz. Rusiyanın Azərbaycana qarşı təxribatları göz qabağındadır. Şuşaya atılan “İskəndər” raketlərindən tutmuş Xankəndidə rus hərbçiləri üçün artan modul yerləşim yerlərinə qədər “addımlar” görürük. Biz Rusiya hərbçilərinin müddətləri bitdikdən sonra Qarabağı tərk etməsini istəyirik. Ancaq ruslarla ermənilər əllərindən gələn edəcəklər ki, bu baş verməsin".


E. Şahinoğlu bildirir ki, əgər onlar Şuşada Türkiyə hərbi qarnizonunun əleyhinədirlərsə, bu məsələsinin həll yolu var: "Rusiya və Türkiyə ordusu eyni zamanda Qarabağı tərk edirlər. Əks halda Rusiya hərbçiləri Qarabağda qalıcı olacaqlarsa, Türkiyə ordusu da Qarabağda, o cümlədən Şuşada qalıcı olmalıdır!"



Xəbərin oxunma sayı : 853




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap