Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ərzaq qiymətləri 7 ilin ən yüksək həddinə çatıb – FAO

Tarix 08.04.21, 21:15

Font ölçüsü : - / +
bitmap-img6


Mart ayında dünya bazarında ərzağın qiymət indeksi 2,1 faiz artaraq 118,5 bəndə çatıb və 2014-cü ilin iyun ayından bu yana ən yüksək həddə çatıb.

AzFakt Report.az-a istinadən xəbər verir ki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayır.

Bu artımın daha çox bitki yağları, ət, ağartı məhsullarının qiymət indeksinin xeyli artmasından irəli gəlir, dənli bitkilər və şəkərin isə qiymət indeksi azalıb. 

Belə ki, dənli bitkilərin indeksi son 8 ayda ilk dəfə olaraq mart ayında 1,7 faiz azalaraq 123,6 bəndə geriləsə də, ötən ilin müvafiq dövrünə nisbətən 26,5 faiz çoxdur.

Şəkərin indeksi də 4 faiz azalaraq 96,2 bəndə geriləyib. Əvvəlki iki ay ərzində bu indeks artırdı. 

Bitki yağlarının indeksi 8 faiz artaraq 2011-ci ilin iyun ayından bu yana ən yüksək hədd olan 159,2 bəndə, ağartı indeksi 3,9 faiz artaraq 117,4 bəndə, ət indeksi də 2,3 faiz artaraq 98,9 bəndə yüksəlib. 

Ağartı indeksi 10 aydır dalbadal artaraq ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz çox olub. Ətin indeksi də 6 aydır artmağa davam edir.



Xəbərin oxunma sayı : 898




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap