Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Donbass üzrə danışıqlarda ABŞ-ın iştirakı qeyri-mümkündür” - Rusiya XİN

Tarix 09.04.21, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ukrayna istiqamətində yeritdiyi xətt onun Donbass tənzimləməsi üzrə «Normand formatı»nda iştirakını mümkünsüz edir.

Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabov bəyan edib.

Bundan əvvəl Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilər üzrə nazir Aleksey Reznikov bəyan etmişdi ki, Kiyev Donbasda münaqişənin başa çatdırılması üçün əlavə alyansın yaradılmasında maraqlıdır. Xüsusilə o, danışıqlara ABŞ və Polşanın qoşulmasının tərəfdarı olduğunu bildirmişdi.

Kiyevin Donbass üzrə təmas qrupunun başçısı Leonid Kravçuk da bəyan etmişdi ki, ABŞ-ın iştirakı «Normand formatı»nda danışıqları sürətləndirə bilər. Onun sözlərinə görə, Kiyev ABŞ-ın danışıqlar prosesində iştirakı barədə məsləhətləşmələr aparır - ancaq hələlik açıq müstəvidə yox.

«Vaşinqtonun nümayiş etdirdiyi və tətbiq etdiyi yanaşmalarla ABŞ-ın «Normand formatı»nda bir işi yoxdur» - Ryabov ABŞ-ın danışıqlara cəlb olunma imkanlarını şərh edərkən bildirib.

Bu ərəfədə Ryabov RİA Novosti agentliyinə bəyan edib ki, Moskva və Vaşinqton ötən həftə Ukraynadakı vəziyyətlə bağlı telefon danışığı aparıb, bununla belə, Rusiya hələlik Vaşinqtonla bu mövzuda əlavə təmas qurmaq əhvalında deyil, özü də amerikalıların çağırış etdikləri «ahəngdə».



Xəbərin oxunma sayı : 352




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap