Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb - FOTOLAR

Tarix 09.04.21, 23:20

Font ölçüsü : - / +
bitmap-img6


Aprelin 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

XİN-dən verilən məlumata görə, C.Bayramov cari ilin 31 mart tarixində videokonfrans formatında təşkil olunan qeyri-formal Zirvə görüşünün uğurla keçirildiyini qeyd edib.

Türk Şurasının yüksək səviyyəli toplantısının hər zaman olduğu kimi dostluq, qarşılıqlı anlaşma və dəstək çərçivəsində keçirildiyi vurğulanıb.

B.Amreyev pandemiya səbəbindən Qazaxıstanın Türküstan şəhərində keçirilməsi planlaşdırılan Zirvə görüşünün videokonfrans formatında keçirildiyini və bu toplantının türkdilli dövlətlər arasında mövcud olan həmrəyliyi bir daha yüksək səviyyədə nümayiş etdirdiyini bildirib.

Türk Şurasının Bakıda keçirilən informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısına istinad edən Baş katib bu sahədə üzv ölkələrinin əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Tərəflər həmçinin Türk Şurası çərçivəsində müxtəlif sahələrdə həyata keçirilməsi planlaşdırılan tədbirlər, təşkilatın qarşıdan gələn Istanbul Zirvə görüşünə hazırlıq və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.







Xəbərin oxunma sayı : 853




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap