Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Toy keçirilən restoran Taleh Qaraşovundur? - Açıqlama

Tarix 10.04.21, 12:26

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda koronavirus pandemiyası səbəbilə tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq toy məclislərinin təşkilinə qoyulan qadağa pozulur. Maraqlıdır ki, karantin rejiminə əməl etməyən, qaydaları pozan şadlıq evləri yüksək vəzifəli məmurlara aiddir.
 
AzFakt.com xəbər verir ki, ölkədə tətbiq edilən karantin rejimini dayanmadan pozan şadlıq evlərindən biri də iddialara görə Lənkəran rayonunda yerləşən "Dalğa" restoranıdır.
 
"Dalğa" restoranında toyların canlı musiqisiz və toyun qonaqlarının qurplara bölərək keçirildiyi deyilir. Rayonda başqa heç bir yerdə toy etməyin mümkün olmadığını anlayan rayon sakinlərinin "Dalğa" restoranına üz tutduğu bildirilir. İddialara görə "Dalğa" restoranı Lənkəran rayon İcr hakimiyyətinin başçısı Taleh Qaraşova məxsusdur. Belə ki, restoranın fəaliyyətinə nəzarəti başçının oğlu həyata keçirir. 
 
AzFakt.com məsələ ilə bağlı Lənkəran rayon İcra Hakimiyyətindən münasibət alıb. Lənkəran rayon İH-dən verilən açıqlamada deyilir: "Taleh Qaraşovun Lənkəran şəhərində “Dalğa” adında restoranı və ümumiyyətlə Respublikada, eləcə də Respublikadan kənarda heç bir ictimai iaşə obyekti yoxdur.

Xahiş edirik əsassız məlumatların yayılmamasına diqqət yetirəsiniz. Əlavə olaraq bildirik ki, karantin rejiminin tələblərinə uyğun olaraq Lənkəran şəhərində heç bir ictimai iaşə obyektlərində  toy mərasimi və kütləvi tədbirlər keçirilmir. Lənkəran Şəhər İcra Hakimiyyəti olaraq tərəfimizdən bu məsələyə ciddi nəzarət olunur. Bir daha qeyd edirik ki, İcra başçısının şəxsi mülkiyyətində heç bir müəssisə və ya obyekt yoxdur. Əgər belə fakt mövcuddursa əsaslı dəlil- sübutlar müvafiq orqanlara təqdim edilə bilər. Onuda bildiririk ki, adlarını qeyd etdiyiniz əslində Taleh Qaraşova məxsus olmayan “Dalğa” və “Dəniz” restoranlarında toy şənliyi keçirmək üçün heç bir imkan yoxdur. Belə ki, həmin restoranların ümumi zalında 35-40 nəfərin yerləşməsi mümkündür". 

Qeyd edək ki, DİN-nin əməkdaşları tərəfindən ölkə ərazisində karantin rejimini pozan restoranlara mütəmadi reydlər edilir. Bir neçə gün öncə Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımova məxsus olan "Neolit" şadlıq evinin administratoru karantin qaydalarını pozaraq restoranda toy keçirtdiyi üçün həbs edilib.
 
Xatırladaq ki, Lənkəran rayonunun Sütəmürdov kəndində yerləşən "Dəniz" restoranının da Taleh Qaraşova məxsus olduğu gələn məlumatlar sırasındadır.



Xəbərin oxunma sayı : 1549




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap