Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Nazirlik millət vəkilinin oğlunu məhkəməyə verdi - “Relax“ın sonu? (FOTO)

Tarix 12.04.21, 19:43

Font ölçüsü : - / +
bitmap-img6


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi “Relax” İstirahət Mərkəzinə qarşı məhkəmə iddiası qaldırıb.

Məhkəmə baxışı 4 gün əvvəl - 08.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Rafiq İsmayılovun sədrliyi ilə keçirilib və növbəti iclas 05.05.2021-ci il saat 16:30-a təyin olunub.

Məhkəmə iddiasının torpaq sahəsinin boşaldılması ilə əlaqəli olduğu bildirilir.

Məlumat üçün bildirək ki, “Relax” istirahət mərkəzinə 78 saylı Lerik seçki dairəsindən deputat seçilən İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı rəhbərlik edir. 2019-cu ilin avqust ayında Lerik rayonunda fəaliyyət göstərən “Relax” istirahət mərkəzində vergi yoxlamasına gələn Vergilər Nazirliyinin işçiləri “Relax”ın işçiləri tərəfindən döyülüb. Bundan sonra aralarında millət vəkilinin oğlu Mirhəmid Nərimanlının da olduğu bir-neçə şəxs həbs olunub və ötən ilin yanvar ayında həbsdən azad olunub.

Onu da bildirək ki, son zamanlar millət vəkili İqbal Məmmədov və onun ailə üzvlərinə qarşı daha bir məhkəmə iddiası “Paşa Holdinq”ə məxsus olan “Kapital Bank” ASC tərəfindən qaldırılıb. Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatında olan işin borc müqaviləsi üzrə mübahisəyə görə qaldırıldığı bildirilir.

1996-cı ildə İqbal Məmmədov tərəfindən təsis olunan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinin dövlət büdcəsinə də böyük həcmdə - 9 milyon 262 min 108 manat vergi borcu var.

//Yeniavaz.com






Xəbərin oxunma sayı : 856




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap