Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Lerikdəki qətlin üstü hələ açılmayıb - RƏSMİ

Tarix 29.04.21, 10:57

Font ölçüsü : - / +
bitmap-img6


Lerik rayon prokurorluğu rayon ərazisində baş verən qətllə bağlı açıqlama yayıb.

"Report"a daxil olan açıqlamada deyilir:

"Aprelin 28-də saat 16 radələrində Lerik rayonun Barzavu kəndində 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən hadisənin təfərrüatlarını və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Qeyd edək ki, qeyri-aşkar vəziyyətdə qətlə yetirilən Z.Fərziyeva üç övlad anasıdır. Onun həyat yoldaşının Rusiyada yaşadığı bildirilir. O, Lerikdə kiçik oğlu ilə birgə yaşayırmış.



Xəbərin oxunma sayı : 856




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap