Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Karantində keçirilən xınayaxdılar - Videolar

Tarix 08.06.21, 20:42

Font ölçüsü : - / +
bitmap-img6


Artıq bir ildən çoxdur ki, dünyanı cənginə alan koronovirus infeksiyasının qarşısının alınması məqsədilə toy, xına, ad günü, konsert - ümumilikdə çox insanların toplaşdığı məclislərə qadağa qoyulub. Bir neçə gündür sosial şəbəkədə kütləvi insanların yer aldığı məclislərlə bağlı paylaşımlar çoxalıb.

Axşam.az xəbər verir ki, çox sayda insanın maskasız yer aldığı konsert, açılış mərasimləri ilə yanaşı xına məclislərinin də görüntüləri müzakirələrə səbəb olub.

Belə ki, sənət adamları Bakıda keçirilən məclislərdən videolarını İnstaqram hesablarında yayımlamağa başlayıblar. Rəqqasə Fatimə Fətəliyeva bir neçə gün əvvəl yer aldığı xına məclisindən dayanmadan fotolar, videolar İnstaqram izləyiciləri ilə bölüşüb. Fatimə xına məclisinin həm dekorunu, həm də aparıcılığını etdiyini bildirib. İzləyicilərin əksəriyyəti isə sənətçiyə "Xına keçirirsiz, niyə cərimələmirlər" sualını ünvanlayıb.

Xına məclislərinə aparıcılıq edən Çinarə Əliyeva da Fatimədən geri qalmayıb. O, apardığı məclisin görüntülərini İnstaqramında paylaşıb. Aparıcı hətta gəlinlə görüntülərini yayımlayaraq, məkanın dekorasiyasını da ona həvalə etdikləri üçün təşəkkür edib.

Şairə, xına məclislərinin aparıcısı kimi tanınan Nazilə Səfərli də artıq sosial şəbəkədə elan yayımlayıb. Apardığı xına məclisindən video yerləşdirən Nazilə sifarişlər qəbul etdiyini də bildirib. Özünü tərifləyən şairə "Quyuya su tökməklə dolmaz. Gərək sözün bulaq kimi çağlasın. Tərifə ehtiyyac yoxdur. Göz önündəyik. Qərar sizindir, məclisinizdə səviyyəli xidmət istəsəniz buyurun müraciət edin" sözlərini yazıb.
Xatırladaq ki, sənət adamlarının əksəriyyəti gizli toy məclisləri keçirildiyi haqda açıqlamalar verimişdi. Hətta müğənni Elton Hüseynəliyev efirdə evdə keçirilən məclislərə getdiyini demişdi. Bir müddət əvvəl isə meyxanaçı Rəşad Daşlı qatıldığı məclisdə görüntülənmiş və karantin qaydalarını pozduğu üçün cəzalandırılmışdı.

Qeyd edək ki, son günlər pandemiya ilə bağlı qadağalarda yumşalmalar olsa da, toyların, el şənliklərinin keçirilməsi haqda qadağa hələ də qüvvədədir. Deputatların əksəriyyəti -Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Fazil Mustafa, Naqif Həmzəyev açıq havada toyların keçirilməsinə icazə verilməsi ilə bağlı müraciət edib.







Xəbərin oxunma sayı : 778




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap