Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Böyük Yeddilik 1 milyard doza vaksin paylayacaq - London sammitinin əsas mövzularından biri açıqlandı

Tarix 10.06.21, 15:19

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Ştatlar növbəti iki il ərzində 100-dək ölkəyə COVID-19-a qarşı 500 milyon doza "Pfizer" vaksini ianə etməyi planlaşdırır. Böyük Yeddilik (G7) liderləri bu həftə bir araya gələrək pandemiyadan çıxış yolunu müzakirə edəcəklər. ABŞ-ın bir neçə media orqanının yazmasına görə, Bayden açıqlamanı iyunun 10-da verəcək. G7 sammiti bu həftə İngiltərədə başlamalıdır.

“Bloomberg News”un gördüyü kommunikeyə görə, G7 gələn il ərzində az inkişaf etmiş ölkələrə 1 milyard əlavə vaksin dozası verməyə boyun olacaq. Birləşmiş Ştatlar və Avropanın böyük hissəsi vaksinasiyada sürətlə irəli gedir. Bir çox ölkələr isə pandemiyanı cilovlamaq, məhdud vaksin təchizatına çıxış əldə etmək üçün çarpışırlar.

ABŞ hökumətinə yaxın şəxslərin mediaya deməsinə görə, 100 milyon nəfərə yetəcək 200 milyon doza bu il, 300 milyon doza isə 2022-ci ilin birinci yarısında ianə ediləcək.

"Pfizer" dozaları Birləşmiş Ştatlara “gəlir gətirməyən” qiymətə satacaq, mənbələr deyib. İanələr beynəlxalq COVAX vaksin sxemi vasitəsilə paylanacaq. Bu sxem az və orta gəlirli ölkələrə COVID-19 vaksinlərin paylanmasını nəzərdə tutur. Bayden administrasiyası daha öncə bildirmişdi ki, artıq qalmış 80 milyon vaksin dozasını bu ayın sonunadək dünya ilə paylaşacaq.

Dünya Səhiyyə Təşkilatı dəfələrlə zəngi dövlətləri inkişaf etməkdə olan ölkələrdə vaksin uçurumunu qapatmağa çağırıb. Əks halda virusun ştammları çoxalır və bu da daha çox ölümlə nəticələnə bilər.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva xəbərdarlıq edib ki, vaksinlərə çıxış məsələsi yalnız sağlamlığa deyil, iqtisadiyyata bağlıdır. “Çox narahatıq, çünki pandemiyanın getdikcə daha çox iki cığıra ayrılması ikicığırlı iqtisadi dirçəlişə səbəb olur və bunun da bütün ölkələr üçün mənfi nəticələri var”, – o vurğulayıb.

G7 liderləri qlobal vaksin strategiyası ilə yanaşı səyahətin yenidən açılması, dünya iqtisadiyyatına təkan verilməsinin yollarını da müzakirə edəcəklər. İyunun 10-da Baydenlə Britaniyanın Baş naziri Boris Consonun görüşündə transatlantik səyahətin bərpasından ötrü yeni birgə səyahət işçi qrupu elan olunacaq. (azadliq.org)



Xəbərin oxunma sayı : 730




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap