Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

AVRO-2020 başlayır:İtaliya Türkiyəyə qarşı: Heyətlər

Tarix 11.06.21, 22:34

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün futbol üzrə Avropa çempionatı start götürəcək.

Fanat.Az xəbər verir ki, turnirin açılış oyunu Romadakı "Olimpika" stadionunda İtaliya və Türkiyə yığmaları arasında olacaq.
 
Niderland Futbol İttifaqından Denni Makkelinin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
Koronavirus pandemiyası səbəbindən təxirə salınan qitə çempionatına ilk dəfə ikidən çox ölkə ev sahibliyi edəcək. Oyunlar İtaliyanın Roma, İngiltərənin London, Niderlandın Amsterdam, Danimarkanın Kopenhagen, Rumıniyanın Buxarest, Macarıstanın Budapeşt, Rusiyanın Sankt-Peterburq, Almaniyanın Münhen, İspaniyanın Sevilya, Şotlandiyanın Qlazqo şəhərləri ilə yanaşı, Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.

Avropa çempionatı
A qrupu, I tur

23:00. İtaliya - Türkiyə
 
Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 9. Kenan Karaman, 10. Hakan Çalhanoğlu, 11. Yusuf Yazıcı, 13. Umut Meraş, 17. Burak Yılmaz (k).

İtaliya: 21. Canluici Donnarumma, 3. Corco Kyellini (k), 4. Leonardo Spinatsola, 5. Manuel Lokatelli, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 11. Domeniko Berardi, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi, 24. Alessandro Florentsi.

Hakimlər: Denni Makkeli, Hessel Stiqstra, Yan de Vris (Niderland)
Dördüncü hakim: Stefani Frappar (Fransa)
Roma, "Olimpiko" stadionu.

Qeyd edək ki, 24 yığma hərəsində 4 komanda olmaqla, 6 qrupda mübarizə aparacaq. 31 gün davam edəcək turnirdə ümumilikdə 51 oyun baş tutacaq. Qruplarını ilk 2 sıradan tamamlayan yığmalar, həmçinin dörd ən yaxşı qrup 3-cüsü 1/8 finala vəsiqə qazanacaq. Yarımfinal və final matçları Londondakı "Uembli" stadionunda oynanılacaq.

AVRO-2020-dəki yeniliklərdən biri də komandaların iştirak ərizəsindəki futbolçu sayının artırılmasıdır. Bu dəfəki turnirdə hər kollektiv 26 oyunçu sifariş edib. Onların 3-ü qapıçıdır.
 
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.



Xəbərin oxunma sayı : 718




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap