Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Pandemiyanın yeni problemi var – “Vaşinqton Post”

Tarix 11.06.21, 23:46

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın “Vaşinqton Post” qəzetində “Pandemiyanın “delta” adlı yeni problemi var” başlıqlı məqalə dərc olunub. Məqalə redaksiya heyəti adından təqdim edilib. 

Pandemiya dövrünün növbəti böyük çətinliyi “delta” adlanır. Dünya Səhiyyə Təşkilatı bugünlərdə koronavirus variantlarına yeni adlar verib. İlk dəfə Böyük Britaniyada aşkarlanan koronavirus variantı “alfa” adlandırılıb. İlk dəfə Hindistanda peyda olan koronavirus növünə isə “delta” adı verilib.

Hazırda delta ştammı ABŞ da daxil olmaqla 60-dan çox ölkədə kök salıb. Koronavirusun digər variantları kimi delta da ilkin variantdan daha təhlükəli görünür. Eyni zamanda onun peyvəndlərə daha böyük müqavimət göstərə biləcəyi güman edilir.

Delta həmçinin pandemiyanın konkret tədbirlər görməklə sona çatmayacağına bir siqnal verir. Koronavirusun amansız təkamülü hələ başqa yeni variantların də peyda olacağını göstərir.

Peyvəndlər və gücləndirilmiş immunizasiya bəşəriyyətin xəstəliyin ağır formalarından və ölümdən xilası üçün ən yaxşı şansdır. Bununla belə ABŞ-da və dünyanın digər yerlərində hələ də peyvənd olunmamış insanlar və həssas əhali qrupları var. Delta təhlükəsi göstərir ki, peyvəndə şübhə ilə yanaşanlar dərhal bu barədə yenidən götür-qoy etməlidirlər.

Delta İngiltərədə sürətlə yayılmaqdadır. Böyük Britaniyanın İctimai Səhiyyə Xidmətinin məlumatına görə, delta ştammı virusun ilkin versiyasından daha təhlükəli olan alfa ştammından da yoluxucudur.

Delta ştammı xəstəxanada yerləşdirilənlərin sayının artmasına səbəb olub. Hindistandakı həkimlər delta ştammının insanlarda eşitmə zəifliyi, kəskin mədə pozğunluğu və qan laxtalanması kimi problemlər yaratdığını bildirirlər.

Bundan başqa, İngiltərə və Şotlandiyada mütəxəssislər peyvəndlərin deltaya qarşı o qədər də effektiv olmadığını deyirlər. Onların sözlərinə görə, peyvəndlərin birinci dozası deltaya qarşı 15-20 faiz daha az effekt verib, ikinci doza isə effektiv olub.

Peyvəndlərin effektivliyinin azalması həm pasiyentlərə dair məlumatlarda, həm də laboratoriya testlərində əksini tapıb.

Bu isə o deməkdir ki, peyvənd olunmamış şəxslər deltanın və digər yeni variantların yaratdığı təhlükə ilə üz-üzədirlər.

Peyvənddən imtina etmək avtomagistralda qırmızı işıqda keçməyə bənzəyir. İnsanlar nə üçün belə riskə gedirlər?

ABŞ-da 18 yaşdan yuxarı əhalinin yalnız 53 faizi, yəni 136,7 milyon insan peyvəndin hər iki dozasını qəbul edib. Deməli, ölkə əhalisinin yarıya qədəri hələ tam vaksinasiya olunmayıb.

Gündəlik peyvəndləmə göstəriciləri isə getdikcə aşağı düşür. ABŞ-ın bəzi cənub ştatlarında peyvənd olunanların sayı hələ 40 faizə çatmayıb.

Peyvəndləmə zamanı irqi ayrı-seçkiliyə yol verilməsi də narahatlıq doğurur. “Kaiser Family Foundation”dan verilən məlumata görə, qaradərililərin və Latın amerikalıların ümumi peyvəndlənmə göstəricisi onlar arasında yoluxma halları və əhalinin sayı ilə müqayisədə aşağıdır.

Kolumbiya federal dairəsində qaradərililər virusa yoluxanların 55 faizini, virusdan ölənlərin 70 faizini və ümumi əhalinin 46 faizini təşkil etdiyi halda, onların yalnız 40 faizinin peyvəndlənməsi böyük narahatlığa səbəb olub.

Peyvəndlərlə bağlı şirnikləndirici vədlər, lotereyalar və mükafatlar yalnız bir məqsədə qulluq edir: insanları koronavirusun cəngindən xilas etmək üçün əhalinin böyük hissəsini peyvəndləmək və istər təbii yoluxma, istərsə də vaksinasiya ilə kollektiv immunitet yaradaraq virusun kökünü birdəfəlik kəsmək.

Dünya Səhiyyə Təşkilatının Fövqəladə Vəziyyət Proqramının direktoru Mayk Ryan bugünlərdə bildirib ki, virusun yeni variantlarını nəzərə alsaq, kollektiv immunitet üçün əhalinin 80 faizinin peyvəndlənməsi lazımdır.

ABŞ-ın hələ görüləsi işi çoxdur. Yəqin ki, deltanı zülmət küçənin heç bir çıxışı olmayan başında – qaranlıq dalanda qarşılamaq istəməzsiniz. Elə isə peyvənd olunmağa tələsin!

Tərcümə: Novator.az



Xəbərin oxunma sayı : 757




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap