Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Keçmiş nazir Rusiya casusu çıxdı – 40-dan artıq şübhəli epizod müəyyənləşdirilib

Tarix 12.06.21, 13:28

Font ölçüsü : - / +
bitmap-img6


İyunun 11-də Riqa şəhər məhkəməsi Latviya parlamenti – Seymin millət vəkili Yanis Adamsonsun saxlanması barədə qərar çıxarıb. Ölkənin keçmiş daxili işlər naziri Rusiyaya casusluqda şübhəli bilinir. Məhkəmənin qərarından apellyasiya verilə bilər.

Latviyanın LETA xəbər agentliyi yazır ki, məhkəmə ölkə qanunlarına görə kiminsə saxlanmasına onun barəsində cinayət işinin başlanması üçünkifayət qədər sübutlar olsduğu halda order verir. Bundan əvvəl iyunun 10-da xəbər verilmişdi ki, Seymdəki millət vəkillərinin əksəriyyəti deputat Adamsonsun evinin və iş yerinin axtarışına icazə verıən qərara səs veriblər.

Lakin Latviyanın Milli Təhlükəsizlik Xidməti iyunun 9-da hələki təcili olaraq casusluq şübhəsi ilə cinayət işinin prosessual hazırlığını gördüyünü bildirib. Bu da xəbər verilir ki, təhlükəsizlik xidməti Adamsonsla bağlı 40 şübhəli epizod müəyyənləşdirib.

Adamsons Cinayət Məcəlləsinin 85-ci maddəsi ilə şübhəli bilinir. LETA xəbər verir ki, CM-nin bu maddəsi özündə informasiyanın xarici ölkəyə və xarici kəşfiyyata ötürülməsi məqsədilə qanunsuz toplanmasını ehtiva edir. Bu cinayət əməlinə görə 10 ilədək həbsxana cəzası nəzərdə tutulub. LETA bildirir ki, Latviya televiziyasında olan məlumatdan bəlli olur ki, Adamsons son 4 ildə informasiyaları Rusiyaya ötürməkdə şübhəli bilinir.

Onun göndərdiyi məlumatlar arasında ictimaiyyətə açıq mənbələr də var. O habelə Baltik Assambleyasının Rusiyanın “Şimal Axını-2” qaz kəməri layihəsinə münasibəti, ordu və büdcə barədə məlumatları ötürüb.

Xəbərdə deyilir ki, qeyri-rəsmi məlumatlara görə Adamsons bundan əvvəl müdafiə, daxili işlər və korrupsiyaya qarşı mübarizə komissiyalarının üzvü olub və dövlət sirlərinə çıxışı olmayıb. Buna baxmayaraq onun üzvü olduğu komissiyalarda məxfi sənədlərə də baxılır.

Adamsons bir neçə parlament qrupunun üzvüdür. O İsrail, Çin və Belarus parlamentləri ilə əlaqələr qruplarına daxildir. O 2019-cu ildən bir qrup deputatla birlikdə Rusiya parlamenti ilə münasibətlər qurulmasını təbliğ edib. Sövet dövründə Adamsons SSRİ hərbi dəniz donanmasında müxtəlif vəzifələr tutub.

Latviya müstəqillik əldə etdikdən sonra Adamsons həm Latviya hərbi dəniz qüvvələri komandanının müavini, həm də Sərhəd Qvardiyası Briqadasının komandanı idi. Adamsons 1994-1995-ci illərdə Latviyanın daxili işlər naziri olub. Bəzi məlumatlara görə Yanis Adamsons hələ də Rusiyadan pensiya alır. (azadliq.org)



Xəbərin oxunma sayı : 433




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap