Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Matç TV“nin anti-Azərbaycan yalanı ifşa olundu

Tarix 12.06.21, 20:37

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın "Matç TV" kanalının daha iki jurnalisti - Mixail Mossakovski və Konstantin Geniç də Avro-2020-yə Bakı üzrə akkreditasiya ala bilməyib. Buna səbəb həmin şəxslərin vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərinə qanunsuz səfərləridir.

Mixail Mossakovski özünün teleqramdakı kanalında Azərbaycan sərhədindən buraxılmadığını və Rusiyaya geriyə göndərildiyini yazıb. Ardınca kanalın digər şərhçisi Konstantin Geniç də Bakıya buraxılmaması barədə paylaşım edib.

"Matç TV"nin Geniç və Mossakovski barədə susqunluğu və yalnız məsələnin ictimailəşməyə başlanmasından sonra danışması akkreditasiya mövzusu ətrafında yaradılan süni ajiotajın siyasi şoudan başqa bir şey olmadığını təsdiqləyir: - rusiyalı iki şərhçinin də kənarda qalması jurnalistlərin akkreditə olunması məsələsində rəsmi Bakının guya milli-etnik motivlərdən çıxış etməsi mifinə uyğun gəlmirdi.

Qeyd edək ki, "Matç TV"nin erməni əsilli aparıcısı Nobel Arustamyan da Bakıda keçiriləcək oyunlara akkreditasiya ala bilməmişdi. Hər 3 idman müxbirinə imtina cavabının səbəbi onların qanunsuz olaraq Azərbaycan sərhədlərini pozmaları və adlarının XİN-in qara siyahısında olmasıdır.

Kimliyindən asılı ilə olmayaraq, qanun qarşısında hər kəs bərabərdir. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edənlər Bakıya akkreditasiya almadılar və almayacaqlar da. Ermənistanlı və erməni-əsilli idmançılar isə Azərbaycanda dəfələrlə olublar və heç bir çətinliklə üzləşməyiblər, çünki biz milliyətə və etnik mənsubiyyətə yox, qanuna üstünlük veririk.



Xəbərin oxunma sayı : 766




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap