Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycana qarşı kiberəməliyyat hazırlığı? - Elxan Şükürlü yazır

Tarix 20.07.21, 20:23

Font ölçüsü : - / +
bitmap-img6


OCCRP-nin (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Layihəsinin) Azərbaycan hökuməti tərəfindən izlənildiyi və barələrində kompromat toplanıldığı bildirilən məlum jurnalist siyahısı, əslində, həm də Qərb xüsusi xidmət qurumları tərəfindən yeni və ciddi bir kiberhücuma hazırlığın anonsu da sayıla bilər. 

Bu səbəbdən adları siyahıda yer almış şəxslər və ailələri qarşıdakı dövrdə belə bir hücuma indidən psixoloji baxımdan hazırlıqlı və ayıq-sayıq olmalı, onlara ötürüləcək informasiyaları ciddi təhlil etmədən onun tələm-tələsik yayımçısına və ya reaksiyavericisinə çevrilməməlidirlər. 

Çünki OCCRP-nin yaydığı məlumatın və nömrə sahiblərinə ünvanladığı məktubların özündə də çox ciddi suallar, hətta bunun sosial şəbəkələr üzərindən həyta keçiriləcək bir kiberəməliyyat olduğuna əsaslı şübhələr yaradan məqamlar var. Məsələn, haker əməliyyatına məruz qalmış nömrə sahiblərinə açıqca eyham vurulur ki, onlar barəsində Azərbaycan hökuməti audio-video yazılar, dinləmə və çəkilişlər aparıb, kompromatlar toplayıb və materiallar da məhz OCCRP-yə “nömrə siyahısını sızdıran”dadır. 

Ancaq bu “siyahı sızdıran”ın kimliyi və bunu niyə məhz indi etdiyi haqda hər hansı açıqlama, ipucu verilmir.

Belə çıxır ki, OCRRP-yə bu məlumatları sızdıran mənbə gələcəkdə toplanan kompromatları da Azərbaycan hökumətinin adından dövriyyəyə soxacaq və gerçək mənbənin kimliyindən asılı olmayaraq, bütün şübhələr Azərbaycan hökumətinin üzərində qalacaq, etirazlar bir istiqamətə fokuslanacaq.
O da mümkündür ki, Azərbaycan hökuməti daxilində dinlənilən şəxslər haqda məlumatı sızdıranlarla OCCRP-nin arxasındakı güclər eyni mərkəzə bağlıdırlar və indiyədək toplanan kompromatlar paralel şəkildə hər ikisində arxivləşdirilib, gərəkli anda dövriyyəyə buraxılacaq.

Nəzərə alsaq ki, dünyanın ən güclü hərbi bloku olan NATO 2014-cü ildən etibarən kiberməkanı rəsmən əməliyyat mühiti kimi tanıyıb və bu məkanda da Azərbaycanın dövlət olaraq mövqeləri hədsiz dərəcədə zəifdir, deməli, siyahıda adları çəkilən şəxslər çox asanlıqla həm də böyük bir kiberəməliyyatın hədəfinə və qurbanlarına çevrilə bilərlər.

Hər halda, 44 günlük Qarabağ zəfərindən məmnun qalmayan Qərbin ölkəmizə basqılarının artdığı və xüsusən də Əliyev-Putin görüşü öncəsi belə bir "sızma hadisəsi" ciddi bir qanunsuzluq faktının ifşası sayılsa da, jurnalistlərimizə və siyasətçilərimizə sevginin də ifadəsi deyil!
Bütün versiyalar diqqətə alınmalı, ona hazırlıqlı olmalıyıq!



Xəbərin oxunma sayı : 715




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap