Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nargindən xilas olunan türk əsgərlərin nadir görüntüləri əldə edilib

Tarix 15.09.21, 12:46

Font ölçüsü : - / +
bitmap-img6


Sarıqamışda əsir götürülərək Böyük Zirə (Nargin) adasına gətirilən, daha sonra xilas olunan türk əsgərlərin nadir arxiv görüntüləri AzTV-də nümayiş olunacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüntülər 1919-cu ildə Bakıda təşkil olunan paradda lentə alınıb.

Belə ki, 1918-ci ilin sentyabr ayının 15-də Bakıya daxil olan Qafqaz İslam Ordusu Nargində saxlanılan əsirləri xilas edir. Lakin azadlığa qovuşan əsgərlər Anadoluya qayıtmır, onlar Qafqaz İslam Ordusunun tərkibində vuruşmağa başlayır. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ilk ildönümü münasibətilə may ayının 28-də Bakıda böyük hərbi parad keçirilir. Sözügedən əsgərlər həmin paradda iştirak edir.

Görüntülər rejissor Esfir Şub tərəfindən lentə alınıb və Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə hazırlanmış “Təntənə” adlı qısametrajlı sənədli filmdə istifadə olunub. Film müstəqillik əldə etmiş Azərbaycan Demokratik Cümhuriyyətinin istiqlaliyyətinin I ildönümünün təntənə ilə qeyd edilməsini əks etdirir.

Azərbaycan Televiziyasının “Tarixin izi ilə” layihəsinin komandası nadir arxiv kadrları əldə etmək üçün Avropanın Sənədli Filmlər Studiyasına müraciət edib. Əldə olunan lent yazısı 102 il sonra ilk dəfə geniş ictimaiyyətə “Tarixin izi ilə. Böyük Zirə - Nargin adasında yaşananlar” sənədli filmində efirə gedəcək.

Veriliş Bakının erməni-daşnak, bolşevik qüvvələrindən azad olunmasının ildönümündə - sentyabrın 15-i saat 18:30-da AzTV-də yayımlanacaq.



Xəbərin oxunma sayı : 373




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap