Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İran “Azərbaycan legionu”na Bakıya hücum əmri verdi – Təxribatlar ara vermir

Tarix 20.09.21, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


Arazboyu təlimə başlayan İran "Azərbaycan legionu”na da Bakıya qarşı hücum əmri verdi.

AzFakt.com xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı İranın Azərbaycanla sərhəddə başlatdığı təlimlərin yaratdığı vəziyyəti şərh edərkən qeyd edib.

Siyasi şərhçi, keçmiş Azərbaycan vətəndaşları, müharibədən öncəyə qədər Azərbaycanın inanclı auditoriyası üzərində mollaların təbliğatını aparan "nur-az” səhifəsinin idarəçiləri olan "Hüseyniyyun” qruplaşmasının yenidən aktivləşdiyini vurğulayıb:

"Bu qruplaşmaya Tohid İbrahimbəyli, Orxan Məmmədov, İsgəndər Hüseynzadə və digərləri daxildir.

II Qarabağ müharibəsində İran Azərbaycana qarşı hücuma ara verən kimi bu qruplaşma və onların təbliğatı da yoxa çıxdı, hərçənd, Tovuz döyüşləri ilə Vətən müharibəsi arasındakı dövrdə Türkiyənin Azərbaycana dəstəyini Şah İsmayıl-Sultan Səlim müstəvisində təqdim edir, "Türkiyə Azərbaycanı işğal edəcək” iddialarını tirajlayırdılar.

Müharibə və sonrakı dövrdə Azərbaycana "fətva”, Ermənistana real dəstək verən İran Bakının praktiki reaksiyası ilə üzləşən kimi "dişini qıcadı”. Hərbi təlimlər keçirir, bəyanatlar verir, hərçənd, Tehranın Bakıya qarşı ən "təsirli” rıçağı dini müstəvidə təbliğatıdır.

Xamneinin  nümayəndəsi, Ərdəbil imam cüməsi Seyid Həsən Amilinin "quyruqlu şir” açıqlamasından sonra bu vətən xainləri (başqa açıqlaması yoxdur) də hərəkətə keçdi: Orxan Məmmədov yenidən Türkiyənin Azərbaycanda mövcudluğuna dil uzadır, İranın Xankəndiyə yük daşımasını, separatçılara dəstəyinə haqq qazandırır.

Bu, prosesin başlanğıcıdır və daha şiddətli formada davam edəcək: İranın dini müstəvidə Azərbaycana müdaxilə rıçaqları xeyli zəiflədilsə də, hələ də qalır və qarşıdakı dövrdə bu rıçaqlar yenidən aktivləşdiriləcək”.



Xəbərin oxunma sayı : 1153




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap