“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Bu kafe-restoranlar cərimələndi - Siyahı

Tarix 13.10.21, 20:13

Font ölçüsü : - / +
bitmap-img6


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AzFakt.com-un məlumatına görə, AQTA-dan bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 12-də ölkə üzrə 399 ictimai iaşə obyektində 687 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi ‎rayonu, S. Axundov küç., ev 6 ünvanında yerləşən, fiziki şəxs Quliyev Vəli Əlif oğluna məxsus "Zümrüd" kafesi;

2. Bakı şəhəri, Nəsimi ‎‎rayonu, Cavad Xan küç., ev 700m ünvanında yerləşən, fiziki şəxs Osmanov İntiqam Nəcəf oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail ‎‎rayonu, Salyan şosesi, ev 3 ünvanında yerləşən, fiziki şəxs Kiliç Mehriban Cahan qızına məxsus restoran;

4. Bakı şəhəri, Sabunçu ‎‎rayonu, Xasməmmədov küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Köçəriyeva Mehriban Rüstəm qızına məxsus "Sultan" pub;

5. Bakı şəhəri, Xətai ‎‎rayonu, 8 Noyabr prospekti 15 ünvanında yerləşən, hüquqi şəxs "Green Uzman Service" MMC-yə məxsus restoran;

6. Bakı şəhəri, Xətai ‎‎rayonu, Cəlilov küçəsi 26 ünvanında yerləşən, hüquqi şəxs "East Taun" MMC-yə məxsus restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.



Xəbərin oxunma sayı : 340




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap