Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İran İsrailin hava hücumuna hazırlaşır – İsrail kəşfiyyatı İran dronlarını aşkarlayıb

Tarix 27.10.21, 17:21

Font ölçüsü : - / +
bitmap-img6


İran İsrail sərhədindəki ölkələrdə hava hücumundan müdafiə sistemini möhkəmləndirməyə çalışır.

Novator.az-ın məlumatına görə, bu haqda İsrailin “Haaretz” qəzetində yazı dərc olunub. Yazıda deyilir ki, İranın bir sıra xarici ölkələrdə yaratmağa çalışdığı şəbəkə İsrailin hücumlarını dəf etmək üçün nəzərdə tutulub.

İsrail kəşfiyyatı bəyan edib ki, İran İsrail təyyarələrini vurmaq üçün Suriya, Livan, İraq və digər ölkələrdə “yer-hava” raket kompleksi yerləşdirməyə cəhd göstərir. “Haaretz” xatırladır ki, xarici media İsrailin bu yaxınlarda Suriyada hərbi əməliyyatlar həyata keçirdiyini xəbər verib. Xəbərlərə görə, həmin əməliyyatların birində Suriya əsgərləri İran istehsalı olan müdafiə sistemlərindən İsrailə məxsus olduğu bildirilən təyyarəyə çox qısa zamanda raket ata bilib. Buna görə də İsrail kəşfiyyatı ölkənin Hərbi Hava Qüvvələrinin zərbə endirdiyi Suriya ərazilərində İranın köməyilə hava hücumundan müdafiə sisteminin təkmilləşdirildiyi qənaətinə gəlib.

“Haaretz”in yazdığına görə, İsrail rəsmiləri bu sayaq müdafiə sistemlərinin İranın Livanda və Yəməndə dəstəklədiyi terror qruplaşmalarının əlinə keçəcəyindən narahatdır.

Qəzet yazır ki, İsrailin Hərbi Hava Qüvvələri İranın “Hizbullah”, “Həmas” və digər terror qruplaşmaları vasitəsilə İsrailə qarşı hədəflədiyi dronların sayını, yerini müəyyən edə bilib. Eyni zamanda təhlükəni önləmək üçün İsrail ordusu müdafiə sənayesi istehsalçılarını tezliklə lazerli raketdən müdafiə sistemini işə salmağa çağırıb.

Qəzetin yazdığına görə, İsrail hökuməti Müdafiə Nazirliyinə göstəriş verib ki, İranın nüvə proqramını dayandırmaq üçün aparılan danışıqların nəticəsiz qalacağı, Tehran nüvə silahına yiyələnmək istiqamətində hərəkətə keçəcəyi təqdirdə İsrail ordusu bu ölkənin nüvə obyektlərinə zərbə endirməyə hazır olsun.

Bugünlərdə İsraildə 15 ölkənin hərbi hava qüvvələrinin iştirakı ilə beynəlxalq təlimlər start götürüb. İsrail Silahlı Qüvvələrinin komandanı general-mayor Amikam Norkin təlimdən qabaq bildirib ki, ölkəni ən müxtəlif istiqamətlərdən təhlükə gözləyir. O vurğulayıb ki, birgə təlimlər İsrailin digər ölkələrin təcrübəsindən yararlanmasına və İsrail Hərbi Hava Qüvvələrinin indiki dövrdə gözlənilən ssenarilərə hazır olmasına imkan verəcək.



Xəbərin oxunma sayı : 820




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap