Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İran məngənədə sıxılır… - Əli Bağıri Kani Brüsselə yollandı

Tarix 27.10.21, 23:39

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət departamentinin mətbuat katibi Ned Prays ABŞ-ın İrandan nüvə sazişi ilə bağlı danışıqların dərhal bərpa olunmasını tələb etdiyini bildirib. ABŞ Tehranı xəbərdar edib ki, problemin diplomatik yolla həlli üçün “pəncərə” tədricən bağlanır.

İran yeni rekorda imza atıb. O, hamını özünə qarşı birləşdirməyi bacarıb. Onun Vyanadakı nüvə danışıqlarının bərpa olunmasını açıq-aşkar sabotaj etməsi neqativ reaksiya doğurur. Təkcə Qərbdə yox - orada Tehranın dostları yoxdur. Məsələ ondadır ki, Rusiya və Çin də qıcıqlandıqlarını gizlətmirlər.

"Tehranda söz anlamırlar, çağırışları zəiflik sayırlar və daha çox alver etməyə çalışırlar", - Qərbdə belə düşünürlər. - "Ona görə də sizi dialoqa məcbur etmək üçün imkanlarımızın olduğuna aydın eyhamlar edirik".


Çinin və ABŞ-ın İrana dair mövqeləri ayrıldı...

Əvvəlcə İsrailin Times of Israel nəşri vasitəsilə yəhudi dövlətinin HHQ-nin İranın nüvə obyektlərini bombalamaq planını hazırlamağa başladığı bütün dünyaya bəyan olundu. Bildirilir ki, əməliyyatlara hazırlıq 2022-ci ildə başlayacaq, bu missiyaya ayrıca maliyyə ayrılıb və təyyarəçilərin məşqləri üçün plan tərtib olunub, İsrail hökuməti isə milyardlarla şekel ayırmağa hazırdır.

Sonra Böyük Britaniya XİN-in rəhbəri Liz Trass Tehranı xəbərdar etdi ki, danışıqlardan imtina olunsa “ciddi tədbirlər görüləcək” və söhbət yalnız yeni sanksiyalardan getmir. Oktyabrın 26-da isə İranda benzinin kvotalarla satışının elektron sistemi sıradan çıxdı. Bəzi məlumatlara görə, Tehranda ayrı-ayrı yanacaqdoldurma stansiyaları işini dayandırıb. İran hakimiyyəti də bunun səbəbinin kiberhücumlar olduğunu artıq təsdiqləyib.

Bu, çox ciddi məsələdir, çünki İranda benzin sadəcə benzin deyil. Xatırladaq ki, 2019-cu ilin noyabrında müasir İran tarixinin ən kəskin etirazlarının səbəbkarı da məhz benzin olub. Həmin vaxt hakimiyyət bir anda yanacağın qiymətini 3 dəfə qaldırmışdı - 10 min rialdan 30 min riala (təxminən 8 ABŞ sentindən 25 sentə). Nəticədə yoxsul təbəqələr ölkə boyunca bir həftə etiraz etdi. Polis bölmələri oda verildi, şəhərlərin küçələrində avtomobil şinləri yandırıldı, toqquşmalarda rəsmi məlumata görə 230 insan həyatını itirdi.

Qəfil kiberhücumlar, benzin kvotası

Benzinin bahalaşması problemini yumşaltmaq üçün yanacağın güzəştli kvotalarla satışı sistemi tətbiq olundu, ölkənin bütün sakinləri bu hüquqdan yararlana bilər. Bu proqramın reallaşması üçün yanacaq kartına malik olmaq lazımdır. Bu kartla litri 15 min rial (təxminən 0,05 ABŞ dolları) olmaqla hər ay 60 litr benzin almaq olar. Bu elektron yanacaq kartı yoxdursa, benzinin litri 30 min riala (təxminən 0,1 dollar) satılır.

Bu kiberhücumu planlaşdıranlar hər şeyi incəliklə hesablayıblar - kartla ucuz benzin almaq qeyri-mümkündür, litri 30 min riala isə nə qədər istəsən ala bilərsən. Bir tərəfdən gülməli rəqəmlərdir, ancaq iranlılar hesab edirlər ki, ucuz benzin onların ayrılmaz hüququdur. Və bu hüquqa qəsdi çox ağrılı qarşılayıb hətta küçələrə axışmağa da hazırdırlar. Əgər bu, daima baş versə, nələr ola bilər? Yəqin belə də olacaq, sistemin zəif yeri tapılıb…

Əli Bağıri Kani danışıqlar üçün Brüsselə uçub

Tehran hələ də Çinin dəstəyinə arxalanaraq manevr etmək və alveri davam etdirmək niyyətində idi. Ancaq bu günlərdə bəlli oldu ki, nüvə danışıqlarının sabotajına Pekin də şad deyil və Çin hakimiyyəti də Tehranı Vyanaya dönməyə sövq etməyə başlayıb.

Həm də bunu özünəməxsus şəkildə ediblər - iri limanları İran tankerlərinin üzünə qapadıblar. Və nefti yalnız iri olmayan limanlara daşımağa icazə veriblər, eyni zamanda gəmilərə xidmət qiymətlərini 2-3 dəfə artırıblar.

Bundan əlavə, İranın nəqliyyat şirkətləri Assosiasiyasının nümayəndəsi Məsud Daneşmand bildirib ki, Çin gəmiləri artıq İran limanlarından yan keçir və Dübayda boşaldılır. Və mallar da İrana oradan daşınır. İran tərəfinin “Niyə belə? Bəs strateji əməkdaşlıqla bağlı 25 illik müqavilə?” suallarına Pekində geniş təbəssümlə bu cür cavab verirlər: "Düzdür, ABŞ-ın sanksiyaları qanunsuzdur. Siz onları aradan qaldırmağa çalışın və bizim də sizinlə ticarət risklərimiz azalsın".

Vahid cəbhədə bu cür kütləvi təzyiqlər öz nəticəsini verir - İranın xarici işlər nazirinin müavini, yeri gəlmişkən həm də Ali liderin qohumu Əli Bağıri Kani İranın nüvə sazişi ilə bağlı danışıqlara qayıtması üçün təcili şəkildə Brüsselə yollanıb. Görünür, İran son hadisələrdən düzgün nəticə çıxarıb - vahid beynəlxalq cəbhəyə qarşı davam gətirmək mümkün olmayacaq və ən yaxşısı razılığa gəlməkdir. (Müəllif: Camal Bustani haqqin.az saytının yazarı)







Xəbərin oxunma sayı : 844




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap