Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

QARABAĞA “BÖYÜK QAYIDIŞ“ NİYƏ GECİKİR? - “Yaxın illərdə Qarabağa 800 min insan köçürməliyik ki...“

Tarix 27.11.21, 10:25

Font ölçüsü : - / +
bitmap-img6


“Qarabağda müharibənin bitməsindən bir il keçsə də, Bakı onun nəzarətinə keçən rayonları ciddi şəkildə məskunlaşdıra və inkişaf etdirə bilməyib”. Bunu Ermənistanın News.am saytına tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenhauer deyib.

“Nələrsə edilir, amma yenə əhali ora qayıtmayıb, partlayıcı qurğuların olması problem olaraq qalmaqdadır. Bu, İlham Əliyev üçün çox ciddi siyasi problemə çevrilir. Ehtimal edilir ki, ermənilərin əlində haradasa xəritələr var, lakin ermənilər vermək istəmir. Amma mən əmin deyiləm ki, belə ətraflı xəritələr mövcuddur. Bakı belə görünür, bu əraziləri minalardan təmizləmək iqtidarında deyil və bu, artıq siyasi baxımdan mühüm məqamdır. Azərbaycan əraziləri mənimsəməyənə qədər isə Bakının nöqteyi-nəzərincə ”artsax problemi" ilə ciddi şəkildə məşğul ola bilməyəcək. Öncə ətraf ərazilər inteqrasiya olmalıdır ki, bu da Bakıda o qədər də uğurlu alınmır" - ekspert bildirib.

Qeyd edək ki, yəhudi əsilli Felqenhauer kifayət qədər obyektiv mövqeli ekspert kimi tanınır. Onun fikirlərini erməni mediası təhrif də edə bilərdi. İstənilən halda bir şeyə şəkk-şübhə yoxdur: erməni tərəfi çox istəyir ki, Qarabağa Böyük Qayıdış baş tutmasın, iflas olsun və ya illərlə geciksin.

Bütün deyilənlərə, tənqidlərə rəğmən Azərbaycan hökuməti, prezident İlham Əliyev Qarabağa qayıdışla bağlı çox ciddi işlər, böyük layihələr həyata keçirir. Artıq Qarabağda 3 beynəlxalq hava limanı tikilir, onlardan biri-Füzuli Hava Limanı istifadəyə verilib. Qısa müddətdə Zəngilan rayonundakı “ağıllı kənd”ə ilk sakinlər köçürüləcək. Lakin minalardan təmizlənmə nə qədər sürətlə getsə də, yenə də tam başa çatdırılmayıb.

Xatırladaq ki, iyunda Türkiyə prezidenti Qarabağa gələndə azərbaycanlı həmkarı İlham Əliyevə işğaldan azad edilən ərazilərdə həddən artıq minaların olduğunu demişdi. Bildirmişdi ki, ermənilərin mina xəritələrini verməməsi qayıdışı ciddi əngəlləyir. Əslində, Qarabağa böyük köçün qarşısını Ermənistanın destruktiv fəaliyyəti alır.

Bəs görəsən, mina məsələsi və erməni təxribatlarına rəğmən vətəndaşların təhlükəsizliyi necə təmin olunacaq?



Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, azad olmuş ərazilərdə minaların hələ də varlığı geri qayıdışa əsas maneələrdən biridir: “Düzdür, ANAMA təşkilatı və Azərbaycanla əməkdaşlıq edən şirkətlər xeyli iş görüb, amma hələ illərlə iş görülməlidir. Minalar müxtəlif ərazilərdə yerləşdirilib. Amma elə ərazilər var ki, ora təmizlənib və orada artıq tikinti işləri aparmaq olar. Tikinti işləri yekunlaşandan sonra əhalini də köçürmək olar. Məsələn, Ağdam şəhəri artıq minalardan təmizlənir və orada artıq tikinti işləri gedir. Elə ərazilər var ki, orada ümumiyyətlə, mina yoxdur. Məsələn, Şuşa şəhərində tikinti işlərini sürətləndirmək olar. Çünki ermənilər oraya mina basdırmayıblar.
İşğal dövründə onlar Şuşada yaşayırdılar. Amma Füzuli, Zəngilan istiqamətində elə ərazilər var ki, minalar var və yeni ərazilər minalardan təmizləndikcə həmin yerlərdə tikinti işləri sürətləndirilir. Bu yerlərə böyük qayıdışı, əhalinin köçürülməsini həyata keçirmək olar. Köçürmə əməliyyatı, qayıdış layihəsi bizim üçün çox vacibdir. Çünki elə etməliyik ki, yaxın illərdə Qarabağa 800 minə yaxın, yaxud bir milyona yaxın insan köçə bilsin. Bu həm də erməni separatizmi üzərində ciddi bir basqı və psixoloji təzyiq demək olacaq. Bu baxımdan düşünürəm ki, bəli, minalanmış ərazilər bizim üçün müəyyən maneələr yaradır. Amma təmizləndikcə tikinti işlərini sürətləndirilib, qayıdış proqramını yerinə yetirmək lazımdır. Bu istiqamətdə onsuz da fəaliyyət aparılır”.


Siyasi şərhçi Əziz Əlibəyli isə bildirdi ki, bu faktorlar var, amma həlledici deyil: “Çünki böyük qayıdışın həyata keçirilməsi strateji məsələdir. Azərbaycan heç bir vəchlə onu gecikdirə bilməz. Ona görə də, ilkin olaraq şəhərlərin baş planının hazırlanması və ağıllı kəndlərin inşası üzərindən prosesə başlanıldı. Ölkə rəhbərinin fikri bundan ibarət idi, üç il ərzində məskunlaşdırma prosesində böyük bir məsafə qət etsinlər. Artıq bu məsələ ilə bağlı ciddi addımlar atılır. Rusiyalı ekspertin bu formada dedikləri düzgün fikir deyil, əslində strateji olaraq yanlışdır. Azərbaycanın mövqeyinin də zəiflədilməsinə yönəlmiş düşüncədir”.



Xəbərin oxunma sayı : 652




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap