“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Türkiyə ilə Ermənistan arasında ilk razılaşma – Növbəti görüş harada olacaq?

Tarix 14.01.22, 18:42

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşü başa çatıb. Görüş 1,5 saat davam edib. Qeyd edək ki, Türkiyə və Ermənistanın nümayəndə heyətləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində görüşüblər.

Türkiyəni Sərdar Kılıç, Ermənistanı isə Ruben Rubinyan təmsil edib.

Artıq Türkiyə Xarici İşlər Nazirliyi ( XİN) Türkiyə ilə Ermənistan Normallaşma Prosesi Xüsusi Nümayəndələri səfir Sərdar Kılıç və Ermənistan parlamenti sədrinin Ruben Rubinyanın Moskvada baş tutmuş ilk görüşü barədə məlumat yayıb.

Xüsusi nümayəndələr müsbət və konstruktiv atmosferdə keçirilən bu ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə aparılacaq normallaşma prosesinə yönəlik olaraq ilkin fikir mübadiləsi aparılıb.

Tərəflər müzakirələri tam normallaşma hədəfi ilə ilkin şərt olmadan davam etdirmək xüsusunda razılaşıblar.

Politoloq Elxan Şahinoğlu bildirir tərəflərin növbəti görüşünün harada keçiriləcəyi bəlli deyil. Onun sözlərinə görə, ilk görüşün Moskvada keçirilməsini İrəvan Ankaradan xahiş etmişdi: “Ankara buna etiraz etməyib. İrəvan ilk görüş yeri kimi Moskvanı seçməklə Rusiyanın istəyi xaricində addım atmayacağını Kremlə biruzə vermiş olub. Ankara isə Moskva variantına ona görə etiraz etməyib ki, həm İrəvana ilk görüşü pozmaq üçün bəhanə verməsin, həm də Kremli qıcıqlandırmasın. Ancaq növbəti görüş başqa məkanda keçirilməlidir. Əgər tərəflər dialoqun genişlənməsində maraqlıdırlarsa, növbəti görüş məkanları növbə ilə İrəvan və Ankara seçilməlidir. Yox əgər İrəvan dialoqun genişlənməsindən ehtiyat edirsə Avropa şəhərlərindən birini seçməyə üstünlük verəcək”.

İlk görüşdə müzakirə olunan mövzuların mahiyyətinə gəldikdə, bunlar hələ ki, nəbz yoxlamasıdır. Ermənistan Türkiyə ilə sərhədin açılmasını, diplomatik münasibətlərin qurulmasını istəyirsə, Türkiyəyə qarşı ərazi iddiasından imtina etməli, Konstitusiyasına əl gəzdirməli və “erməni soyqırımının” tanınması vasitəsilə Türkiyəyə təzyiq siyasətindən vaz keçməlidir. Ermənistan hələ ki, Türkiyənin bu şətlərini qəbul etməyə hazır deyil. Ona görə də danışıqlar və müzakirələr hələ uzun müddət davam edəcək.



Xəbərin oxunma sayı : 793




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap