Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Günün transfer xəbərləri: 15 yaşlı yeni ulduz kimdir?

Tarix 23.01.22, 20:50

Font ölçüsü : - / +
bitmap-img6


Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

"Daily Mail" nəşri: Ranqnik hesab edir ki, Pol Poqba, Antoni Marsial və Edinson Kavani komandanın soyunub-geyinmə otağındakı ab-havanı korlayır, ona görə də ilk növbədə komandadan onları ayırmaq lazımdır.

Con Persi(Teleqraf): Klaudio Ranieri təyinatından üç ay sonra "Uatford"dan qovulmağa yaxındır.

Florian Plettenberq (Sky Germany): Hücumçu Dominik Kalvert-Lyuin, "Everton"dan gedişini planlaşdırır. Futbolçu ilə  "Arsenal" maraqlanır. "Atletiko Madrid" də bir neçə həftə əvvəl onunla maraqlanıb.

Mark Behrenbek (Sky Germany):  "Aston Villa" Born Sosa ilə müqavilə bağlamaq üçün "Ştutqart"la danışıqlar aparır.

Qvardiola gələcyi ilə bağlı: “Gələcək işlərim haqqında düşünmürəm. Mən etibarlı müqaviləm olduqda gələcək haqqında çox düşünənlərdən deyiləm. Növbəti illərdə "Sauthempton"a başçılıq edə biləcəyim haqda heç nə deyə bilmərəm."

Kaveh Solhekol (Sky Sports): “Endrik Felipe Braziliya futbolunun gələcəyi adlandırılan 15 yaşlı bir oğlandır. Onu növbəti Romario, növbəti Ronaldo çağırırlar. O, inanılmaz qollar vurub və hazırda "Palmeyras"da çıxış edir. Çərşənbə axşamı onu "Barselona" skautları izləyiblər.

Baş tutmuş transfer xəbərləri: 

Katsper Pşibillko (28 yaşlı hücumçu)

"Filadelfia Yunion"dan (ABŞ)  "Çikaqo Faer" (ABŞ) klubuna keçid edib,

Transfer məbləği - 1,15 milyon dollar təşkil edib. 

Uilson Isidor (21 yaşlı hücumçu)

"Monako"dan (Fransa)  "Lokomotiv"ə(Rusiya) keçid edib.

 Transfer məbləği 3 milyon avro + bonus olaraq 0,5-1 milyon avro təşkil edib. 

Sərdar Azmun (27 yaşlı hücumçu)

"Zenit"dən (Rusiya) "Bayer Leverkuzen"ə (Almaniya) keçib.

Futbolçu azad agent qismində keçid edib. Müqavilə 1 iyul 2022-ci ildən 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.



Xəbərin oxunma sayı : 403




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap