Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çin Tayvanı hərbi yolla geri almağa hazırdır - Rəsmi Pekin

Tarix 25.06.22, 19:45

Font ölçüsü : - / +
bitmap-img6


Çinin Fransadakı səfiri Liu Şai rəsmi Pekinin Tayvanı istənilən üsulla, o cümlədən hərbi yolla geri qaytarmağa hazır olduğunu söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, “Livre Noir” kanalının efirində deyib.

“Biz ordu da daxil olmaqla, bütün vasitələrlə Tayvanı geri qaytaracağıq”,-deyə o bildirib.

Qeyd etmək lazımdır ki, Çinin müdafiə naziri Vey Fenqe də müstəqilliyini elan edəcəyi təqdirdə Tayvan uğrunda döyüşməyə hazır olduqlarını bəyan etmişdi.

Çinli nazir ölkəsinin mövqeyini bu ilin iyun ayının 10-da Sinqapurda keçirilən illik “Şanqri-La dialoqu” adlı təhlükəsizlik konfransında ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə girdiyi polemikada da səsləndirilib.

Xatırladaq ki, dünən 22 Çin təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub.

Bu barədə Tayvan Müdafiə Nazirliyinin mətbuat xidməti Twitter-də məlumat yayıb.

Müdafiə Nazirliyinin informasiyasına görə, Çinin 22 təyyarəsi içində 2 ədəd “Y-8 ASW” tipli sualtı qayıq əleyhinə təyyarə, 5 əd “JH-7” qırıcı-bombardmançı, 2 əd “H-6” reaktiv bombardmançı, 10 əd “J-16” zərbə qırıcısı, 1 əd “Y-8 EW” nəqliyyat təyyarəsi və 2 əd “KJ-500” radiolokasiya təyyarəsi yer alıb.



Xəbərin oxunma sayı : 904




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap