Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

Tarix 25.06.22, 22:16

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın “Pyu” Araşdırma Mərkəzi (Pew Research Center) 18 ölkənin əhalisi arasında yeni ictimai rəy sorğusu keçirib.

Novator.az saytı “US News & World Report” onlayn nəşrinə istinadla xəbər verir ki, sorğu ABŞ, Kanada, Belçika, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Hollandiya, Polşa, İspaniya, İsveç, Böyük Britaniya, İsrail, Avstraliya, Yaponiya, Malayziya, Sinqapur və Cənubi Koreya əhalisi arasında aparılıb.

Fevralın 14-dən mayın 11-dək keçirilən sorğunun nəticələri Ukraynaya hərbi müdaxilədən sonra Rusiyaya münasibətin xeyli pisləşdiyini, ABŞ və NATO-ya münasibətin isə müsbət məcrada irəlilədiyini göstərib.

Nəticələrə əsasən, ABŞ-ı öz ölkəsi üçün etibarlı tərəfdaş hesab edənlərin sayı artıb. Sorğu keçirilən ölkələrin 17-də (ABŞ-ın özündən başqa) respondentlərin orta hesabla 61%-i Amerika barəsində müsbət fikirdə olduğunu bildirib.

Xüsusilə İsveç, Cənubi Koreya və Avstraliya əhalisinin ABŞ-la bağlı təəssüratında müsbət dinamika qeydə alınıb.

İsveçdə yetkin yaşlı respondentlərin 84%-i ABŞ-ın etibarlı tərəfdaş olduğunu vurğulayıb. Bu, 2021-ci illə müqayisədə 21% yüksək göstəricidir.

Cənubi Koreyada əhalinin 83%-i (ötən illə müqayisədə 25% çox), Kanadada isə 84%-i (ötən illə müqayisədə 16% çox) ABŞ-ı etibarlı tərəfdaş hesab etdiyini söyləyib.

Sorğu NATO-ya müsbət münasibətin daha da inkişaf etdiyini üzə çıxarıb. Nəticələrə əsasən, istər NATO üzvü olan dövlətlərdə, istərsə də İsveç kimi alyansa daxil olmayan ölkələrdə NATO-ya münasibət əlavə pozitiv çalarlar almaqdadır. Məsələn, alyansa müsbət yanaşan isveçlilərin sayı aprel ayında 84%-ə yüksəlib. Fevralda bu göstərici 77% idi.

Rusiyaya münasibət isə daha da pisləşib və bunun başlıca səbəbi Ukraynada aparılan qanlı müharibədir. Bu istiqamətdə ictimaiyyət arasında ən çox dəyişiklik İtaliyada müşahidə edilib, bu ölkədə Rusiyaya müsbət yanaşan respondentlərin sayı 48%-dən 14%-ə düşüb.

Rusiya haqda ən mənfi fikirlər coğrafi baxımdan bu ölkəyə yaxın ərazidə yerləşən ölkələrin əhalisi arasında qeydə alınıb. Məsələn, polyakların 97%-i Rusiya haqda mənfi rəy bildirib.

Rusiyadan cəmi bir ölkə ilə ayrılan Cənubi Koreyada 2020-ci ildə keçirilmiş son sorğu ilə müqayisədə Rusiyaya müsbət yanaşanların sayı 26% azalıb. Rusiya ilə dəniz sərhədi olan İsveçdə isə əhalinin hazırda 80%-nin Rusiya haqda mənfi fikirdə olduğu aydınlaşıb.



Xəbərin oxunma sayı : 1306




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap