Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Özbəkistanı kim qarışdırır? - Qaraqalpaqların lideri həbs edilib...

Tarix 02.07.22, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Özbəkistanın Qaraqalpaqıstanda iki gündür davam edən gərginlik haqda ziddiyyətli xəbərlər gəlməkdə davam edir. Rəsmi Daşkənd aksiyaların nəzarət altına alındığını bildirir. Başqa mənbələr isə iddia edir ki, əslində, aksiyada Qaraqalpaqstanın Özbəkistandan ayrılması ilə bağlı referendum keçirilməsi tələb edilir. Rusiya nəşrləri isə yazır ki, ayrılma prosesini ABŞ da dəstəkləyir.

Sovet dövründə Qaraqalpaqıstan əvvəlcə Qazaxıstanın, daha sonra Qırğızıstanın, daha sonra isə artıq muxtar respublika statusunda RSFSR-in tərkibinə daxil edilib. Sonra isə Özbəkistan SSR-yə verilib.

1990-cı ildə Qaraqalpaqıstanın suverenliyi haqqında bəyannamə qəbul edilib. 1993-cü ilin əvvəlində dövlətlərarası müqavilə imzalandı, ona əsasən Qaraqalpaqıstan respublikası 20 il müddətinə Özbəkistanın tərkibinə daxil oldu. Qaraqalpaqlar hesab edir ki, onların ölkəsi muxtariyyət deyil, Özbəkistanın tərkibində olan suveren dövlətdir.


Qaraqalpaqıstan parlamentli respublikadır, öz dövlət bayrağı, gerbi, konstitusiyası, himni var və Özbəkistan ərazisinin 40%-ni təşkil edir. Amma əhalisi cəmi 2 milyon nəfərdir (33 milyon özbəkə qarşı). Neft, qaz, qızılın istismar və perspektiv yataqlarına malikdir.

Respublikada separatizm meylləri həmişə olub və Daşkənd Qaraqalpaqları suverenlikdən məhrum edəcək konstitusiyaya düzəliş qəbul etməyə hazırlaşdıqlarını bəyan etdikdən sonra bu, daha da güclənib.

Mukan.uz saytının xəbərinə görə, iyulun 5-də Qaraqalpaqların lideri Dauletmurat Tajimuratov bu məsələ ilə bağlı dinc mitinq keçirmək istəyib, lakin onun videomüraciətindən sonra vəziyyət kəskin şəkildə gərginləşib. 

“İndi bütün Nukusda (Qaraqalpaqstanın paytaxtında) nömrəsiz avtobuslar və ətrafda silahlı çevik qüvvələr var” deyə, sayt yazır. Qaraqalpaqların lideri Tajimuratovun isə həbs edilib. 

Tanınmış ictimai xadimi Əzizə Umarovanın fikrincə, son 10 ildə respublikanın statusu “xarici medianın şantaj obyektinə” çevrilib. O, hesab edir ki, konstitusiyadakı maddələri dəyişdirilərsə, Qaraqalpaqıstanın əhalisinin fikrini mütləq soruşmaq lazımdır. Umarova təklif edir ki, bəlkə “soruşmamaq da” olar, amma bundan sonra bu regiondakı insanların sosial-iqtisadi problemlərini nəzərəçarpacaq şəkildə həll etmək lazımdır. Qeyd edək ki, Qaraqalpaqıstan quruyan Aral dənizi bölgəsindədir. (musavat.com)





Xəbərin oxunma sayı : 946




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap