Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“İntihar günü hər şey bitəcəkdi...“ - Qardaşı danışdı, bütün sirləri açdı!

Tarix 02.07.22, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


Günlərdir mediada həkim-ginekoloq Xalidə Kəngərlinin intiharı ilə bağlı müzakirə səngimir.

Xalidə Kəngərlinin qardaşı Elçin Vəliyev TV Müsavata müsahibəsində bacısının intihar etdiyi günlə bağlı bəzi detalları açıqlayıb. Belə ki, həyat yoldaşı ilə uzun müddətdir problemlər yaşayan həkim həmin gün uşaqlarını və əşyalarını götürüb o evdən çıxmalı idi. Qardaşı bildirir ki, bütün hazırlıqlar tamamlanıbmış və qardaşları olaraq ondan gələcək zəngi gözləyirdilər: “Biz ondan zəng gözləyirdik ki, gedək bacımızı götürək. Hər şey danışılmışdı, əşyalarını və uşaqları götürüb evdən çıxacaqdı. Amma həmin gün bizə o, yox, əri zəng elədi. Və dedi ki, Xalidə intihar edib”.

E.Vəliyev həmçinin bacısının intihar etdiyinə inanmadığını da bildrib. Onun sözlərinə görə, əlində olan bir neçə sübutlar və məlumatlar bacısının intihar etmədiyi ilə bağlıdır. Müsahibimiz bildirib ki, onu intihara məcbur ediblər və yaxud hadisəyə intihar donu geyindirilib: “İstintaqın işinə qarışmaq istəmirəm. Amma bizim də əlimizdə şübhələnmək üçün ciddi əsaslar var”.

E.Vəliyev bildirib ki, hadisə baş verən gün həyat yoldaşı əlində içki qədəhi ilə foto çəkdirərək, bunu X.Kəngərliyə göndərib: “Onsuz da onun əvvəldən də içki problemi var idi. Həmin gün də içki içib və şəklini də Xalidəyə göndərib. Xalidə də həmin vaxt işdə olub. Ordakı bir rəfiqəsinə şikayətlənib ki, bu adam yenə də içib. Ondan sonra evə gedib və nə baş veribsə evdə baş verib”.

Müsahibənin videoversiyasını təqdim edirik:





Xəbərin oxunma sayı : 1270




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap