Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Neftin bir barelinin qiyməti 360 dollara qalxa bilər - Bloomberq

Tarix 02.07.22, 18:56

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın ən böyük banklarından biri olan JP Morgan Chase bankının analitiklərinin proqnozlarına əsasən, əgər Rusiya Qərbin sanksiyalarına cavab olaraq neft tədarükünü əhəmiyyətli dərəcədə azaltsa, neftin bir barelinin qiyməti 360 dollara çata bilər.

AZƏRTAC xəbər verir ki, bu proqnoz Bloomberq agentliyinin saytında yer alıb.

Analitiklərin məlumatına görə, Rusiya neftinin tədarükünün sutkada 3 milyon barel azalması London birjasında yanacaq qiymətinin 190 dollaradək artmasına gətirib çıxaracaq. Ən pis ssenari qismində Rusiyadan neft tədarükünün sutkada 5 milyon barel azalması nəzərdən keçirilir. Bu halda qiymət 360 dollara qədər arta bilər.

JP Morgan Chase bankının analitikləri hesab edirlər ki, RF bu addımı ABŞ və Avropa İttifaqı tərəfindən Rusiya neftinin qiymətinə məhdudiyyət qoyulduğu halda ata bilər. Belə ki, G7 qrupunun sammitində liderlər belə bir məhdudiyyət imkanlarının nəzərdən keçiriləcəyini vəd ediblər.



Xəbərin oxunma sayı : 1213




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap