Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Broker Əbülfəz”in xalası oğlu axtarışa verilib? – Həbslər davam edəcək

Tarix 11.08.22, 15:26

Font ölçüsü : - / +
bitmap-img6


2022-ci ilin avqustun 7-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə azadlıqdan məhrum edilən "Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovla əlbir olan şəxslərin də həbs ediləcəyi gözlənilir.

Savash.org-un əldə etdiyi məlumata görə, aparılan istintaq araşdırmalarının nəticəsində Ə.Məlikovun əsas işlərini idarə edən Anar Allahverdiyevin də axtarışa verildiyi iddia edilir. Hazırda xaricdə olduğu bildirilən A.Allahverdiyev "Broker” MMC rəhbərinin xalası oğludur. Onun əsas işi beynəlxalq əlaqələr üzrə menecerlik olub.

A.Allahverdiyevin bu xidmətlərinə görə əldə etdiyi milyonlarla manat dəyərindəki pul vəsaitini vergidən yayındırdığı, ABŞ, Kanada və bir sıra Avropa ölkələrində daşınmaz əmlak alışına yönəltdiyi güman edilir.

Xatırladaq ki, "Broker” MMC-nin rəhbəri Ə.Məlikov "gömrükçülərin işi” üzrə aparılan istintaq işi zamanı saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaq araşdırmaları zamanı Gömrük Komitəsinin 4 yüksək vəzifəli şəxsi saxlanılıb. Onlar dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər. Ə.Məlikov gömrük rəsmiləşdirilməsi sahəsində "brokerlik fəaliyyəti” ilə tanınır. Ona qarşı xüsusilə böyük məbləğdə vergi və gömrük ödənişlərindən yayınma, həmçinin vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

Ə.Məlikovun adı mediada daim Azərbaycan gömrüyündə monopoliyanın yaradılmasında hallanıb.



Xəbərin oxunma sayı : 1369




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap