Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bu qələbə heç nəyi həll etməyib“ - Qurban Qurbanov

Tarix 07.10.22, 1:34

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda "Olimpiakos"u 3:0 hesabı ilə darmadağın etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra ənənəvi mətbuat konfransında iştirak edib. 

Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis möhtəşəm stadionda çılğın azarkeşləri olan komandaya qarşı oynadıqlarını bildirib: 

"Futbolçularımı təbrik edirəm. Hesabın böyük olmasına baxmayaraq, vacib qələbə əldə etdik. Burada mübarizə aparmaq xoşdur. Rəqibə uğurlar arzu edirəm. Bu qələbə hələ heç nəyi həll etməyib. Qarşıda bizi daha 3 oyun gözləyir. Vaxtımız var. Burada etdiyimiz səhvləri təkrarlamamalıyıq. Bakıdakı matça daha ciddi hazırlaşacağıq".

Qurbanov "Olimpiakos" haqqında mənfi düşüncəsi olmadığını da vurğulayıb: "Matçdan əvvəl beşli müdafiə ilə oynayacaqlarını gözləyirdim. Sadəcə, start heyətləri açıqlananda 4 müdafiəçi ilə çıxış edəcəklərini gördüm. Meydana çıxanda isə 5-li müdafiə ilə oynadılar. Bu mənada mənim üçün bir az sürpriz oldu. Matçın əvvəlində müəyyən çatışmazlıqlar olsa da, sonradan oyuna nəzarəti ələ ala bildik. "Olimpiakos" haqqında yalnız müsbət fikirdəyəm. Bu komanda daha artığına layiqdir və yaxşı yerlər uğrunda mübarizə apara bilər".



Xəbərin oxunma sayı : 898




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap