Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Səlim Müslümov pulları dayısı qızının əri vasitəsilə alırmış - Təfərrüat

Tarix 07.10.22, 14:40

Font ölçüsü : - / +
bitmap-img6


Rüşvət və mənimsəmə əməllərinə görə barəsində cinayət işi başladılan sabiq nazir Səlim Müslümovun vaxtilə qohumlarını da bu işə qatdığı məlum olub.

“Kriminalqafqaz”-ın məlumatına görə, bununla bağlı 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İqtisadiyyat şöbəsinin müdiri olmuş Şəlalə Cəfərova etiraf edib. Belə ki, həmin müddətdə S.Müslümov Ş.Cəfərovanı xidməti otağına dəvət edərək Dövlət Sosial Təminat Xidməti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Aparat üzrə olan satınalmalardan “otkat”ın ona verilməsinə göstəriş verib. O da vəzifəsində qalmaq üçün S.Müslümovun tələbi ilə razılaşıb. 2014-2018-ci illərdə aylıq pullar Şəlaləyə verilib. O isə həmin pulları Səlim Müslümova xidməti otağında çatdırıb. Satınalmalar üzrə "otkat"ın miqdarı 20 % olub.

Qeyd olunan dövr ərzində mal, iş və xidmətlərin alınması üçün ƏƏSMN və tabeli qurumları tərəfindən bağlanmış müqavilələr əsasında ödənilmiş vəsaitlərin ümumilikdə 4.369.355 manatı onlardan nağd şəkildə alınaraq müqavilə bağlanıldığı vaxtdan həmin ilin sonunadək Səlim Müslümova xidməti otağında verib.

Bundan əlavə, istintaq zamanı Şəlalə Cəfərova Səlim Müslümovun yeyinti əməllərində qohumluq əlaqələrindən də istifadə etdiyini deyib. Onun sözlərinə görə, məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydalarına əsasən DSMF-nin auditoru İqtisadiyyat Nazirliyinin əməkdaşı ilə birlikdə Bakıda müxtəlif şirkətlərdə yoxlamalar keçirirmişlər. DSMF-nin Bakı şəhərində hüquqi şəxslərlə iş üzrə departamentinin audit şöbəsinin müdiri isə Fuad Əlizadə olub. Hansı ki, Fuad Əlizadə sabiq nazir Səlim Müslümovun dayısı qızının əridir. Bakıdakı şirkətlərdə yoxlamalar məhz Fuad Əlizadənin kurasiyasında olub. Onun rəhbərlik etdiyi şöbənin işçiləri yoxlamaları həyata keçirirərək həmin şirkətlərdən qanunsuz alınmış pulları Fuad Əlizadəyə veriblər. O isə həmin pulları öz müdiri Şiraslan Əsədovun vasitəsilə Səlim Müslümova çatdırıb.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. 8 milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub.



Xəbərin oxunma sayı : 1147




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap