Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanın Avropanın istədiyi qədər qaz satmaq imkanı varmı? - Ekspert aydınlıq gətirir

Tarix 07.10.22, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqı (Aİ) qitənin təbii qazla təminatında Azərbaycanın da rolunun artırılmasını istəyir. Tərəflər arasında bu ilin iyulda imzalanan anlaşmaya görə, 2027-ci ilədək Azərbaycanın Avropa satdığı qaz həcminin 20 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

Sual doğur: Azərbaycan beş il ərzində Avropaya satdığı qazın həcmini iki dəfədən çox artırmağa hazırdırmı? Mövcud resurslar Avropaya qaz ixracının artırılmasına imkan verirmi?

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, həm xaricdə, həm də ölkə daxilində tərəfdaşlarla danışıqlar aparılır: "Bizim fikrimiz istehsalı artırmaqdır. Məqsədimiz 2027-ci ilədək bu həcmləri iki dəfə artırmaqdır. Bu, bizim əsas prioritetimizdir. Belə həcmlərin müxtəlif Avropa ölkələri arasında necə paylanacağı məsələsini isə Avropa İttifaqına üzv dövlətlər müəyyənləşdirməlidir".

Rəsmi rəqəmlər son illər Azərbaycanın təbii qaz hasilatında artım qeydə alındığını göstərir. Mələsən, ötən il ölkənin təbii qaz hasilatı 2020-ci illə müqayisədə 20 faizə yaxın artıb və 44 milyard kubmetrə çatıb. Bu ilin ilk səkkiz ayının nəticəsi göstərir ki, təbii qaz hasilatında yenə artım var. Yanvar-avqust aylarında ölkədə toplam 30.6 milyard kubmetr təbii qaz çıxarılıb. Bu, öncəki ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 2.7 milyard kubmetr artım deməkdir.

Eyni dövrdə ölkənin təbii qaz ixracındakı artım daha yüksəkdir. Bu ilin ilk səkkiz ayı boyunca Azərbaycanda çıxarılan təbii qazın təxminən yarısı – 14.4 milyard kubmetri ixraca yönəldilib. Bu, ötən illə müqayisədə düz 23 faiz artım mənasına gəlir. Azərbaycanın təbii qaz ixracında Avropa ölkələrinin payı 50 faiz, Türkiyənin payı 38 faiz, Gürcüstanın payı 12 faizdir.

Azərbaycanın bu il çıxardığı təbii qaz, əsasən, "Şahdəniz" yatağı hesabına təmin edilib. İlin səkkiz ayı ərzində hasil edilən qazın 9 milyard kubmetrini "Azəri-Çıraq-Günəşli", 16.4 milyard kubmetrini "Şahdəniz", 5.2 milyard kubmetrini SOCAR çıxarıb. Elə qarşıdakı illərdə də Azərbaycan təbii qaz hasilatını "Şahdəniz" yatağı hesabına artırmaq istəyir.

Belə ki, "Şahdəniz" layihəsinin üçüncü mərhələsinin işə salınması sayəsində 2030-cu ilədək bu yataqdan əlavə 15 milyard kubmetr qaz hasil edilməsi nəzərdə tutulur. "Şahdəniz" yatağı ilə yanaşı, "Abşeron" və "Qarabağ" yataqlarının da istismarı ölkəyə əlavə təbii qaz ixrac etməyə imkan yaradacaq. İlkin açıqlamalara görə, "Abşeron" yatağından ilkin mərhələdə hər il 1.5 milyard kubmetr qaz çıxarılacaq. Növbəti illərdə bu göstəricinin 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Ümumi ehtiyatları 13 milyard kubmetr həcmində qiymətləndirilən "Qarabağ" yatağınınsa 2025-ci ilədək fəaliyyətə başlaması planlaşdırılır. Bu yatağın istifadəsi ölkəyə hər il 1.5-1.8 milyard kubmetr əlavə təbii qaz hasil etməyə imkan yaradacaq.

Son dövrlər yatırımların artdığı alternativ enerji mənbələri hesabına elektrik istehsalı da, dolayısı ilə, ölkənin təbii qaz ixracını artıracaq. Hökumət elektrik enerjisi istehsalında alternativ enerji mənbələrinin payını artıraraq hazırda elektrik enerjisi istehsalına sərf edilən təbii qaz həcmini də ixraca yönləndirmək imkanı qazanacaq. Digər tərəfdən, bu prosesə müəyyən qədər Azərbaycan, Türkmənistan və İran arasında imzalanan svop anlaşması, yəni, qaz mübadiləsi də təsir göstərə bilər. Bu anlaşma nəticəsində Azərbaycanın əldə etdiyi təbii qaz həcmi elə də çox deyil. Ancaq ekspertlərin fikrincə, Avropaya daha böyük həcmdə təbii qaz idxalına imkan yaransa, bu anlaşma vasitəsilə daha çox qaz çıxarmaq imkanı var.

Azərbaycanın Avropaya təbii qaz ixracını artırması üçün daşıma vasitələri də mühüm rol oynayır. Hazırda Azərbaycan qazı Avropaya, əsasən, Trans-Adriatik boru xətti (TAP) vasitəsi ilə daşınır. Konsorsiumun bugünlərdə yayımladığı açıqlamada bildirilir ki, Trans-Adriatik boru xəttinin (TAP) mövcud gücünün iki dəfə artırılmasından ötrü daha iki kompressor stansiyası gərəkəcək. Kompressorun birinin Yunanıstanda, digərinin Albaniyada tikintisinə zərurət var. Eyni zamanda, TAP mövcud iki stansiyanı da modernləşdirməlidir.

Neft-qaz sektoru üzrə mütəxəssis İlham Şaban bildirir ki, ötən il Azərbaycan Avropaya toplam 8.5 milyard kubmetr qaz satıb.


Onun sözlərinə görə, bunu Aİ-nin istəyi ilə iki dəfə artıranda 17 milyard kubmetr edir: "Prezident İlham Əliyev çıxışlarında vurğulayırdı ki, Avropada satmaq üçün “Şahdəniz-2” layihəsindən başqa əlavə qaz həcmləri var. Həqiqətən də var, bu, 2011-ci ildə açılmış, Azərbaycanda ikinci ən böyük qaz yatağı olan ”Abşeron-2”dir. Onun 350 milyard kub metr çıxarıla bilən ehtiyatları mövcuddur. Bu həcmin də ildə 1.5 milyard kubmetr olmaqla, təxminən 50 milyard kubmetri ölkənin daxili bazarlarında satılmaq üçün nəzərdə tutulub. Deməli, xarici bazarlar üçün 300 milyard kubmetr təsdiqlənmiş qaz ehtiyatları var.

Bundan əlavə, Azərbaycanda “Babək” hələ yatağa çevrilməmiş ehtiyatdır, amma onun “Ümid”lə eyni struktura malik olması ona dəlalət edir ki, kapital qoyuluşundan sonra “Ümid”dən də böyük qaz yatağının açılması ehtimalı çox böyükdür.

İkincisi, “Azəri-Çıraq-Günəşli” yatağının dərin qatlarında – 4 min metrdən aşağı səviyyələrdə olan qaz layları var. İndi həmin yataqdan hasil olunan səmt qazıdır. Bu, neftlə birlikdə hasil edilir, amma ondan əlavə həmin blokda daha dərinlikdə qaz layları var. Onların bazara çıxarılması üçün həm investorlarla, həm də alıcılarla yeni müqavilələr imzalanmalıdır”.



Xəbərin oxunma sayı : 946




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap