| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Dostu ilə arvadının münasibətindən şübhələnən kişi: “Gördüm baxışırlar...”
Tarix 03.11.22, 16:41 |
|
Göyçay rayonunda 1992-ci il təvəllüdlü Famil qısqanclıq zəminində 1989-cu il təvəllüdlü tanışı Vüqarı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Famil keçmiş arvadı Səmayə ilə öz dostu Vüqar arasında sevgi münasibətlərindən şübhələnib. O, məsələni aydınlaşdırmaq qərarına gəlib.
Bu məqsədlə noyabrın 16-da saat 20 radələrində Vüqarla görüşüb. Bu zaman Famil özünə məxsus BMW markalı avtomobilin idarə etməsini Vüqara həvalə edib. Avtomaşınla gəzinti zamanı onların arasında mübahisə yaranıb və Famil Vüqarı bıçaqlayıb.
Səkkiz bıçaq xəsarəti alan Vüqara vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.
Familin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
“Öldürmək niyyətim olsaydı...”
Cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rafail Əliyevin sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Famil elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Vüqarı öldürmək niyyəti olmayıb və onu cəzalandırmaq istəyib:
“Öldürmək niyyətim olsaydı, onun boğaz nahiyəsinə və ya həyatı üçün vacib orqanlarına bıçaqla xəsarət yetirərdim, onun sağ qalması üçün heç bir şansı qalmazdı.
Ona yetirilən xəsarətlərin sayını dəqiq bilmirəm. Çünki həmin vaxt əsəbiləşdiyimdən özümdə olmamışam. Vüqara dəqiq neçə xəsarət yetirdiyimi bilməmişəm”.
“Evdə polisləri gözlədim”
Təqsirləndirilən şəxs qeyd edib ki, cinayət törətdikdən sonra Göyçay Rayon Polis Şöbəsində Pərviz adlı polis əməkdaşını tanıdığından ona zəng edib və cinayət törətdiyini etiraf edib:
“Pərviz mənə evdə olmağı tapşırdı və özü gəlib məni polis şöbəsinə aparacağını bildirdi. Hazırda dəqiq yadımda deyil, hansı formada ona zəng etmişdim. Səhv etmirəmsə, “WhatsApp”da zəng etdim. Bundan sonra atamla telefonda danışdım. Atam dedi, tez evə gəl, polisə gedək. Artıq polisə məlumat verdiyimi və onları gözləmək üçün evə getdiyimi dedim. Polis əməkdaşları gəlib məni evdən apardılar”.
Famil deyib ki, zərərçəkmişlə barışmaq üçün ailəsi tərəfindən müəyyən hərəkətlər edilib, zərərçəkmiş şəxsin xəstəxana xərclərinin bir qismi çəkilib:
“Əlavə 10 min manat pul verilsə də, zərərçəkmiş tərəf bu məbləği götürməyib. Mənə qarşı olan mülki iddianı qəbul etmirəm. Qeyd olunanlara əsasən barəmdə ədalətli qərarın qəbul olunmasını xahiş edirəm”.
Məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsi ilə istintaqa verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu qeyd olunub. Bu səbəbdən məhkəmə onun istintaqa verdiyi ifadəsini tədqiq edib.
Famil istintaqa bildirib ki, Vüqarı təxminən 15 ildir tanıyır, onunla yaxın dostluq münasibətləri olub:
“2018-ci ildə Göyçay şəhər sakini Səmayə ilə rəsmi ailə həyatı qurdum, 7 ay birlikdə yaşadıq. Ailələrimiz arasında söz-söhbətlərə, eləcə də yola getmədiyimizə görə 2019-cu ildə rəsmən boşandıq”.
“Bir-birlərinə baxdıqlarını gördüm”
Təqsirləndirilən şəxs bildirib ki, 2020-ci ilin avqustun əvvəllərində keçmiş həyat yoldaşı Səmayənin işlədiyi “Banu” adlı gözəllik salonunun yanından keçərkən dostu Vüqarı həmin gözəllik solunun yaxınlığında əlində telefon küçədə dayandığını, Səmayənin işlədiyi gözəllik salonuna tərəf baxdığını, bir neçə saniyə sonra Səmayənin də əlində telefon işlədiyi salondan çıxdığını, Vüqarın dayandığı tərəfə baxdığını görüb:
“Maşını bir qədər qarşıda saxladım. Maşından düşərək arxaya boylandım və Səmayənin yenə də telefonla oynadığını, Vüqara tərəf baxdığını gördüm. Maşınla digər küçədən fırlanaraq həmin yerə gəldim. Vüqar və Səmayənin uzaqdan bir-birilərinə baxdığını gördüm. Vüqar məni görəndə başqa istiqamətdə getdi”.
“Bu, mənə pis təsir etdi”
Famil bildirib ki, həmin vaxtdan Vüqarla Səmayənin arasında münasibətin olmasından şübhələnib:
“Bu hadisə mənə çox pis təsir etdi. Həmin gün öz telefonuma hazırda adını xatırlamadığım xüsusi proqram yazdım. Həmin proqram vasitəsi ilə Vüqarın və Səmayənin istifadəsində olan mobil nömrələrin “WhatsApp” sosial şəbəkəsində hansı vaxtlarda onlayn olduqlarını gördüm.
Beləliklə, Vüqar və Səmayənin gün ərzində eyni vaxtda “WhatsApp”da onlayn və oflayn olduqlarını görmüşəm. Bütün bunlar Vüqar və Səmayənin arasında münasibətlərin olması ilə bağlı şübhələrimi artırdı”.
“Özü-özünə mahnı oxuyurdu”
Familin ifadəsinə görə, 2020-ci ildə Vüqarın qardaşı Abbas saat 00:26-da onu öz evlərinə düşürüb, saat 00:34-də isə həmin proqram vasitəsi ilə ona bildirim gəlib: “Bildirimdən aydın oldu ki, saat 00:34-də Vüqar və Səmayə hər ikisi “WhatsApp” sosial şəbəkəsində onlayn, saat 00:37-də isə oflayn olublar.
Şübhələrim artdığı üçün yaşadığım evdən çıxdım, qaça-qaça Səmayəgilin evinin qarşısına getdim. Saat 00:57-də artıq Səmayəgilin evinin qarşısında idim. Saat 01:04-də Vüqarın qardaşı Abbasa məxsus “Opel” markalı avtomobillə Səmayəgilin evinin qarşısından keçdiyini, sonra geri qayıdaraq qapının qarşısında bir neçə saniyə dayandığını, daha sonra getdiyini gördüm.
Həmin vaxt həyətdən Səmayənin səsi gəlirdi. O, özü-özünə mahnı oxuyurdu. Mən gördüyüm üçün Vüqarın getdiyini düşündüm. Orada çox dayanmayıb geri qayıtdım”.
“Dediklərinə inanmadım”
Famil deyib ki, bütün bunlardan sonra Vüqarla Səmayənin arasında münasibət olmasına əminliyi artıb:
“Ertəsi gün Abbasdan ötən gün məni düşürdükdən sonra harasa gedib-getmədiyini, onun maşınının kimdə olduğunu soruşdum. Abbas isə evə getdiyini, maşının isə, ola bilsin, qardaşı Vüqarda olduğunu dedi. Bundan sonra Vüqarın özü ilə bu barədə bir neçə dəfə söhbət etməyə çalışdım.
Bəzi hallarda Vüqar söhbət etməkdən yayındı, bəzi hallarda qısa söhbət edərək and içdi, söyüş söyərək Səmayə ilə arasında olan münasibətləri inkar etdi. Lakin ona inanmadım”.
“Maşında heç kim olmayıb”
Təqsirləndirilən şəxs bildirib ki, sonuncu dəfə hadisə günü işdən çıxıb və saat 17:10-da idarə etdiyi BMW markalı avtomobillə Səmayənin işlədiyi “Banu” gözəllik salonunun yanına gəlib:
“Təxminən 2 saat avtomobillə həmin ərazidə fırlandım, Səmayənin işdən çıxmasını, eləcə də Vüqarı oralarda görüb-görməyəcəyimi gözlədim.
Təxminən saat 19:10-da gözəlik solunun yaxınlığında Vüqarla üz-üzə gəldim. Vüqar qardaşı Abbasa məxsus “Opel” markalı avtomobillə qarşımdan keçdi. Səmayənin Vüqarın maşınında ola biləciyini düşündüm. Bu səbəbdən onun arxasınca getdim.
Təxminən 300-400 metr qarşıda Vüqar avtomobili saxlayaraq düşdü, tanımadığım bir kişi ilə görüşdü. Öz maşınımdan düşərək Vüqarın maşınının arxa qapısını açdım və içəri baxdım. Maşında heç kim yox idi”.
“Söyüş söyərək inkar etdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Vüqara yaxınlaşıb, gün ərzində onunla söhbət etmək istədiyini deyib:
“Vüqar razılaşdı. Təxminən bir saat Vüqarı gözlədikdən sonra ondan xəbər çıxmadı. Zəng edib ondan harada olduğunu soruşdum. Vüqar Heydər Əliyev mərkəzinin yanında “Park Cafe” adlı çayxanada oturduğunu bildirdi.
Çayxananın yaxınlığına gəldim, Vüqara yenidən zəng etdim. O, təxminən 20 dəqiqəyə gələcəyini bildirdi.
Təxminən 20 dəqiqə keçmiş Vüqar gəlib maşınına əyləşdi. Yolda yenidən həmin mövzunu açdım. Səmayə ilə münasibətini etiraf etməsini, bununla da söhbəti bağlayacağımı bildirdim. Vüqar yenə də söyüş söyərək bunu inkar etdi. Səmayə ilə arasında olan münasibətləri boynuna almadı”.
“Üzləşməyi bildirdi”
Familin ifadəsinə görə, bu zaman Vüqara özündə olan şübhələri və faktları, “WhatsApp” sosial şəbəkəsində eyni vaxtda aktiv olduqlarını, Səmayəgilin evinin qarşısında onu gördüyünü desə də, Vüqar yenə də boynuna almayıb:
“Şəhər stadionu istiqamətində gedəndə Vüqar maşını bərk sürdüyümü dedi. Buna görə də avtomobili saxladım. Vüqarı maşının sükanı arxasına dəvət etdim. Bundan sonra maşınımı o, idarə etməyə başladı.
Maşınımda həmişə bıçaq saxlamışam. Sükanı dəyişdikdən sonra Vüqara hiss etdirmədən həmin bıçağı götürdüm. Yenə də eyni mövzuda mübahisə etdik. Vüqar dedi ki, əgər inanmırsansa, Səmayəgilin evlərinə gedib üzləşək, Səmayənin ata-anasından da bu barədə soruşaq.
Səmayənin atasının Bakı şəhərində işlədiyinə, əsasən orada yaşadığına görə Vüqarın onun evdə olduğunu haradan bilməsindən şübhələndim. Bunu Vüqardan soruşdum. O da sözgəlişi belə dediyini söylədi”.
“Üzümə baxdı, heç nə demədi”
Famil qeyd edib ki, onlar Səmayəgilin evinə yaxınlaşıblar: “Bu vaxt Vüqarın qardaşı Abbas zəng edərək harada olduğunu soruşdu. Vüqar mənimlə birlikdə Səmayəgilin evinə getdiyimizi bildirdi, sonra telefonu söndürdü. Həmin vaxt Səmayəgilin evinin qarşısından asta sürətlə keçdik.
Vüqar telefon danışığını bitirdikdən sonra qapının dolabına qoyduğum bıçağı götürdüm, onun sinə nahiyəsindən 2 zərbə vurdum. Vüqar maşının qapısını açaraq özünü yerə atdı. Maşın özü-özünə getdiyi üçün sol ayağımı sürücü tərəfə keçirərək əyləci basdım.
Sonra maşından düşərək Vüqarın arxası ilə qaçdım. Onun çiynindən tutdum. Vüqardan hər şeyi boynuna almasını bildirdim. Vüqar isə üzümə baxdı, heç nə demədi. Vüqara bir-iki dəfə də bıçaq atdım. Lakin bıçağın Vüqara dəyib-dəymədiyini bilməmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Vüqar yalvararaq övladının olduğunu, onu öldürməməyini xahiş edib:
“Vüqara balasını fikirləşənin belə qeyrətsizlik etməməli olduğunu dedim. Bıçaqla təxminən 3-4 dəfə onun sinəsindən zərbə vurdum. Vüqarın yerə yıxıldığını gördüm, öz avtomobilimə doğru gəldim. Atama zəng edərək Vüqarı vurduğumu dedim, sonra polisə təslim oldum”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vüqar deyib ki, Familin keçmiş arvadı Səmayə ilə heç bir münasibəti olmayıb, onun iddiaları yalandır. Hadisənin baş verməsindən danışan zərərçəkmiş bildirib ki, sonradan xəstəxanada aldığı tibbi yardım nəticəsində sağ qalıb. Hazırda təqsirləndirilən şəxslə barışmayıb:
“Sonuncu dəfə mənə müalicəm üçün 10 min manat vermək istədilər. Lakin bunun üçün notarial qaydada barışmağa dair ərizə istədiyindən danışıq baş tutmadı. Ona görə həmin pulu qəbul etmədim”.
Famil 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Xəbərin oxunma sayı : 556
Kriminal
Xəbərlər
-
Müsəlman düşmən, xristian dost çıxdı - Siyasətdə kimlik yox, maraqlar həlledicidir
-
Azərbaycanda nikahların sayı tarixi minimuma düşdü - Avropada son sıralardayıq
-
Ev sahibini şoka salan oğurluq - 40 min manat dəyərində...
-
Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? - Ali Məhkəmə
-
Bu filmləri izləyənlər edam ediliblər - Şimali Koreyadan qəribə addım
-
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? - Problemli kreditlərdə kəskin artım var
-
Solovyov üzr istədi - “Həddindən artıq emosional idim...”
-
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
-
İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi - FOTOLAR
-
Prezident bir qrup sahibkarı təltif etdi - SƏRƏNCAM
-
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
-
Sosial şəbəkədə saxta reklamlar... - Vətəndaşlara xəbərdarlıq olundu
-
Agentlik 54 milyon kapitalı olan şirkətlə müqavilə imzalayıb - Qayaları partladacaq
-
Prezident bu ərazilərdə evləri sökülənlərə pul ayırdı - SƏRƏNCAM
-
Neftin qiyməti yenidən sürət götürüb - Hörmüz qeyri-müəyyənliyi qiymətləri artırır
-
Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarxidə
-
Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı - Sərəncam
-
“Premium Bank”ın problemli kreditləri artıb - Müştərilər pullarını geri götürür
-
“ABŞ Yaxın Şərqə fasiləsiz silah-sursat daşıyır“ - “Flightradar24“
-
Hökməli və Qobu qəsəbələrində 10 gündür su yoxdur - VİDEO
-
Abşeronda kafedə kütləvi dava: 2 qardaş bıçaqlandı, 4 nəfər saxlanıldı
-
Vətəndaş müraciətlərinə baxılması ilə bağlı qaydalar dəyişir - DETALLAR
-
Filosof alim Könül Bünyadzadənin “Sufi fenomenologiya” kitabının təqdimatı keçiriləcək
-
Bakının daha bir ərazisində son yağışın fəsadları hələ də qalmaqdadır - VİDEO
-
Abituriyentlər üçün gələn ildən tətbiq ediləcək yenilik nədir? - VİDEO
-
Paytaxtın Yasamal rayonunda yeni metro stansiyası tikilir - VİDEO
-
Beyləqanda Zərifə Əliyevanın 103 illiyi qeyd olundu - FOTOLAR
-
Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTOLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidində - FOTOLAR
-
Trampın limiti bitir - İran əməliyyatları dayandırılacaq?
-
Xocavənd, Qırmızı Bazar və Xanobaya növbəti köç... - FOTOLAR
-
Azərbaycanın humanizm prinsiplərinə sadiqliyi Ukrayna böhranında özünü daha qabarıq şəkildə göstərir
-
Azərbaycan-Ukrayna enerji əməkdaşlığının gələcək perspektivi var
-
Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
-
Bakıda daha bir ərazidə sürüşmə təhlükəsi - VİDEO
-
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ
-
“Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk“ - İlham Əliyev
-
Şirvan sakinləri çıxılmaz vəziyyətdə - Bina 1 ildir qəzalı vəziyyətdədir (VİDEO)
-
Ağcabədidə qətlə yetirilən iki əmioğludan biri ANAMA əməkdaşı imiş - VİDEO
-
273 saylı bağçada 3 yaşlı uşağn əlini dağlayıblar - VİDEO
-
Azərbaycan və Ukrayna əməkdaşlığı təsadüfi deyil, planlı və strateji xarakter daşıyır
-
Silikon Vadisi nəhənglərin savaşı: Məhkəmədə üz-üzə gələcəklər
-
Putin qadağan edib, amma işləyir... - “Telegram” yenə Rusiyada liderdir
-
Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat
-
Bu ilin 3 ayı ərzində 43 piyadanı avtomobil vurub - 21-i ölüb
-
“Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir” - İlham Əliyev
-
“Ukrayna bununla barışmalı olacaq.” - Merts də Kiyevi güzəştə çağırır
-
Ciyəraxşamında əmioğulları öldürüldü: Biri ANAMA əməkdaşı olub
-
“ABŞ ordusu Yaxın Şərqdə hazır vəziyyətdədir“ - CENTCOM
-
Paytaxtda bu yol müvəqqəti bağlanır - Sürücülərin nəzərinə!
-
Günəşdə güclü partlayış - Geomaqnit qasırğası gözlənilir
-
Azərbaycanda lizinq bazarının real durumu: yüksək faiz, sərt şərtlər
-
Mertsdən Brüsselə sərt ultimatum: Almaniya Aİ-yə qarşı çıxır?
-
İntensiv yağış yağacaq, dolu düşəcək, sel keçəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Satınalmaların 60 faizi ilin sonunda keçirilir” - Hesablama Palatasının sədri nöqsanlardan danışdı
-
70 kq qızılla saxlanılan hərbi attaşeyə hökm oxundu - 6 il həbs
-
MSK-nın yeni tərkibi təyin edildi - Məzahir Pənahov yenidən sədr seçildi
-
2025-ci ildə hərbi xərcləri ən yüksək olan ölkələr - SİYAHI
-
Prezidentin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib - FOTOLAR
-
Gələn il xarici dil imtahanı necə olacaq? - DETALLAR
-
Mədəniyyət Nazirliyi deputatın oğlu ilə 1,9 milyonluq müqavilə imzaladı - Qalanı təmir edəcək
-
“İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz“ - Ali Məhkəmə
-
Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? - AÇIQLAMA
-
Bakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq - Sabahın havası
-
Narkoloji xəstələrin işə qəbulu... - Yeni qanunda nə deyilir?
-
Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək
-
İran rəsmilərindən sərt mesajlar - “Əlavə qüvvələr döyüşə hazırdır”
-
“Çexiya ilə çox fəal siyasi dialoqumuz var“ - Prezident İlham Əliyev
-
Azərbaycanda bu cəzalar sərtləşdirilir: 14 ilədək həbs...
-
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdilər -Fotolar
-
“Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək“ - Paşinyan
-
Ayağında 3 barmağı olsa da, hərbi xidmətə göndərildi - Rəsmi açıqlama
-
Barat Yusubovla Vüqar Qurbanovun tibb imperiyası... - Şok siyahı
-
MSK-nın tərkibi yenidən formalaşdırıldı - Siyahıda Məzahir Pənahovun da adı var
-
İlham Əliyev Qəbələdə Andrey Babişi qarşıladı - Fotolar
-
Azərbaycan Prezidenti CAR-ın dövlət başçısını təbrik edib - Mətn
-
Milli Məclisin iclası başladı: 11 məsələyə baxılır
-
Dünyanın nəfəsi dar boğazlarda qalıb: Benzin bahalaşacaq?
-
“PAŞA Bank“ın faiz gəlirləri yüksəlib: bank pulu nələrdən qazandı?
-
Amnistiya aktının icrası başa çatdı - 22 935 şəxsə şamil edildi
-
Bir milyon dollara cəmi 16 kvadratmetrlik ev: Dünyanın ən bahalı şəhəri açıqlandı
-
İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib - “Axios“
-
Azərbaycanda dilənçiliyə qarşı kəskin addım: Cərimə və həbslər nələri dəyişəcək?
-
Binaların altındakı gizli təhlükə - Bakıda 16 min bina...
-
Xaricdən mal sifariş verənlərə vacib xəbər: Gömrükdən sərt dəyişiklik
-
Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
-
Polşalı qadından sumqayıtlı sevgilisinə ağır ittihamlar: 25 min dollar necə yoxa çıxdı?
-
Yaşayış binalarında kombi qadağandır - Nə ilə əvəzlənəcək?
-
Bu il buraxılış imtahanlarında maksimum bal toplayanların sayı azdır - VİDEO
-
Avtoyuma məntəqəsindən maşın qaçıran şəxs qəza törədib - Belə haldan sığorta var?
-
Kürün daşması nəticəsində İmişlidə əkin sahələri su altında qalıb - VİDEO
-
Borca görə ölkədən çıxışa hansı hallarda məhdudiyyət qoyula bilər? - VİDEO
-
Neft bazarının əvvəlki səviyyəsinə qayıtması üçün bir neçə ay lazımdır - Novak
-
Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər
-
Binəqədi rayonunda dayandırılmış qanunsuz tikinti yenidən başladı - Müəmmalı icazə
-
Azərbaycan derbisi: “Qarabağ“ “Neftçi“ni darmadağın etdi
-
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur - BMT
-
Çexiyanın baş naziri Azərbaycana səfərə gəldi - FOTO
-
Trampdan atışmadan sonra ilk açıqlama: “Yaxşı vəziyyətdəyəm“
-
“Metronun vəziyyəti məni dəhşətə gətirdi” - Memar
-
Çörəyə çıxdılar, qayıdanda evlərini yerlə bir gördülər - Paytaxtda qalmaqallı söküntü (VİDEO)
-
Azərbaycanda imtahanından qayıdan şagirdlər qəzaya düşdü: xəsarət alanlar var
-
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi - Video+Fotolar
-
Çernobıl faciəsinin 40 ili... - ABŞ, Ukrayna və Aİ Rusiyanı ittiham edir
-
Aprelin 27-də hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - Xəbərdarlıq
-
Yollarda görünüş 300 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Dünyanın ən gözəl xanımlarına sahib ölkələr - SİYAHI
-
“Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır“ - İlham Əliyev
-
Bazarda qiymətlər “əridi”: Meyvə-tərəvəz ucuzlaşdı
-
Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı“na layiq görüldü
-
“WhatsApp“ və ChatGPT-ni geridə qoydu: Maskın messenceri birinci oldu
-
Azərbaycanda 13,9 min tondan çox duru bitki yağı istehsal olunub - Statistika
-
Güclü külək əsəcək, yağış yağacaq - Sabahın havası
-
Ağdərədə mina partlayıb - Xəsarət alan var
-
Malinin paytaxtında komendant saatı elan edilib: Yüzlərlə silahlı öldürülüb
-
Daşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi endi - VİDEO
-
Yüz minlərlə evin gecikən “kupça“sı - Çıxış yolu nədir?
-
Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?
-
Bakıda yük maşınları toqquşdu, sürücü xilas edildi - VİDEO
TOP 10
ARXİV






