Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO “Mən də xəyanətə uğramışam“ - Tünzalə Ağayeva Şou-biznesin heç vaxt ərə getməyən qadınları - SİYAHI Tünzalə sinə dekoltesi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 01 Noyabr 2022

    Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO

  • / Maqazin / — 21 Oktyabr 2022

    “Mən də xəyanətə uğramışam“ - Tünzalə Ağayeva

  • / Maqazin / — 16 Oktyabr 2022

    Şou-biznesin heç vaxt ərə getməyən qadınları - SİYAHI

  • / Maqazin / — 07 Oktyabr 2022

    Tünzalə sinə dekoltesi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 04 Oktyabr 2022

    “Deyirlər, pulu çoxdur, nə vecinə, özü üçün yaşayır“ - Röya

  • / Maqazin / — 25 Avqust 2022

    Tətilə gedən Dilarədən bikinili paylaşım - FOTOLAR

Avropa Parlamenti Rusiyanı terrorçu dövlət elan etdi

Tarix 23.11.22, 18:12

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Parlamenti Rusiyanı Ukraynaya qarşı işğala başladığı müddətdən bəri “qəddar və qeyri-insani” hərəkətlərə görə “terrora sponsorluq edən dövlət” elan edib.

APA xəbər verir ki, qətnamə bu gün Strasburqda keçirilən aylıq plenar iclasda səsvermədə qəbul olunub.

Səsvermədə 494 parlamentari bu qətnamənin lehinə, 58 əleyhinə səs verib. 44 parlamentari bitərəf qalıb.

“Rusiya Federasiyası tərəfindən Ukraynanın mülki əhalisinə qarşı qəsdən həyata keçirilən hücumlar və vəhşiliklər, mülki infrastrukturun dağıdılması və insan hüquqlarının və beynəlxalq humanitar hüququn digər ciddi pozuntuları Ukrayna əhalisinə qarşı terror aktıdır və müharibə cinayətləridir” qətnamədə deyilir.

Parlament Avropa İttifaqını Rusiyanı beynəlxalq miqyasda daha da təcrid etməyə - beynəlxalq təşkilatlardan və BMT Təhlükəsizlik Şurasından çıxarmağa çağırır. Qətnamədə Avropa Parlamentinin deputatları həmçinin Rusiya ilə diplomatik əlaqələrin zəiflədilməsini, Aİ-nin Rusiyanın rəsmi nümayəndələri ilə təmaslarının mütləq minimumda saxlanılmasını və bütün dünyada təbliğat aparan Aİ-dəki Rusiya dövlətinə bağlı qurumların bağlanmasını və qadağan edilməsini vurğulayır. 

Parlamentarilər həmçinin Aİ-yə üzv dövlətləri Moskvaya qarşı doqquzuncu sanksiyalar paketi üzərində işi tez zamanda başa çatdırmağa, Aİ ölkələrindən Rusiyanın hazırkı sanksiyalardan yayınma hallarının fəal şəkildə qarşısını almağa, bu halları araşdırmağa və mühakimə etməyə çağırır. Qətnamədə qeyd olunur ki, üzv dövlətlər Avropa Komissiyası ilə birlikdə Rusiyaya artıq tətbiq edilmiş sanksiyalardan yan keçməyə kömək etməyə çalışan ölkələrə qarşı mümkün tədbirləri nəzərdən keçirməlidir.



Xəbərin oxunma sayı : 316

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap