Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azarkeşləri küsdürmək olmaz” - Qurban Qurbanov

Tarix 08.12.22, 23:41

Font ölçüsü : - / +
bitmap-img6


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə ilk oyunundan sonra açıqlama verib.

Fanat.Az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Əsl kubok oyunu idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Rəqib qalib gəlməyə layiq idi. Oyunçularım istəkli idilər, çox çalışdılar. Qələbə topunu vurduq. Amma sonra diqqətsizlik etdik. Cavab oyunu maraqlı olacaq. O da əsl kubok görüşü olacaq.

Oynamağa məcburuq. 3 oyun eyni komandaya qarşı oynamaq xoşdur. Bəzi illərdə də belə olub. Belə matçlarda diqqətli olmalısan. Baxmayaraq ki, 3 oyun oynayırsan, lakin istəkli oynamalısan.

“İmarət Tayfa”nın yoxluğu hiss olundu. Azarkeşsiz futbol əhval-ruhiyəsi yox idi.

Ümumiyyətlə, “Neftçi” ilə oyunda olanlar çox olur. Narazılıqlar, etirazlar daima olub. Ən çox da polis işçiləri ilə. Hər bir halda, azarkeşləri küsdürmək olmaz. Onlarsız futbolun marağı olmur. Bizim azarkeşlərlə problemimiz olmur. Mən həmişə onların yanındayam. Hər oyunda eyni azarkeş sayı olmur. Bu problem qısa zamanda aradan qaldırıla bilər.

Kadi Borges barədə kluba rəsmi müraciət daxil olmayıb. Rəsmi məlumat gəlsə, biz qərar verməyə hazırıq. 

Abbas Hüseynov tezliklə komanda ilə məşqlərə başlayacaq. Növbəti oyunlarda baxacağıq. 

DÇ-2022-də İspaniya yığmasının mübarizəni dayandırması məni təəccübləndirmədi. Futbol sürprizlərlə doludur. Ümumiyyətlə, son vaxtlar İspaniya futbolu dedikdə ağıla pas gəlir. Cavan futbolçuları çoxdur. Pas oyunu dedikdə fərqli düşüncələr yaranır. Son vaxtlar “Qarabağ” sürətli hücum futbolu oynayır. Futbolun dili düzgün ötürmədir. Oyun tərzini təkmilləşdirmək lazımdır. İspan futboluna baxsaq, tam fərqli oyunlar görə bilərik. Hər bir halda, bir uğursuzluğa görə sistemi dəyişmək komandaya zərbə vura bilər. İspaniya futbolunun baş bilənləri hər şeyi daha yaxşı bilir. İnsan var tək qoldan həzz alır, insan da var düzgün ötürmələrdən. Bütün dünya futbolu İspaniya futbolundan çox şey öyrənib. Məşqçilər özünə lazım olan məsələləri futbolçularına uyğunlaşdırır. Sürprizlər çox olur. Məncə, onlar daha da təkmilləşəcəklər”.



Xəbərin oxunma sayı : 1018




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap