Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Deyəcəyəm, yenə qalmaqal olacaq“ - Nigar Camal

Tarix 02.02.23, 16:45

Font ölçüsü : - / +
bitmap-img6


"Deyəcəyəm, yenə qalmaqal olacaq""Küsülü deyildik, ancaq aramızı vururdular. Bizdə hər şeyi şişirtməyi sevirlər. Bilirdim ki, danışmasaq, bu, illərlə belə davam edəcək. Ən yaxşısı sakit şəkildə barışmaq idi. Aygün Kazımovanın ad günündə bir masada oturmuşduq".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nigar Camal "Səhər mərkəzi" verilişində qonaq olarkən bir müddət küsülü olduğu həmkarı Samirə Əfəndi haqqında danışarkəın deyib. O, barışdıqlarını bildirib:

"Sonradan mənə dedilər ki, Samirə tez inciyəndir. Bu ildə gedəcəklər, inanırsınız, yenə deyəcəyəm, bir dənə də qalmaqal gələcək. Bu dəfə yəqin Eldarla, çünki orada işləyir. Fikrimi demişdim. Mənim vaxtımda nələr yazmırdılar? Əsasən də mənimlə bağlı, "Finala keçməyəcəklər", "Bu, nə mahnıdır?", "Bu, nə geyimdir?!", "Bu, nə sifətdir?" Axırda da birinci olduq. Samirəylə barışdıq. Artıq Samirə ilə aramızda heç bir problem yoxdur".

Verilişdə qonaq olan Samirə də onun sözlərini təsdiqləyib:

"Nigar nə geyimimi, nə də ifamı bəyənmişdi. Mahnını mən seçməmişdim. Amma dua edirdim ki, o mahnı seçilsin. Çünki digər mahnılar ballada idi. İstəməzdim ki, elə dönəmdən sonra ballada ifa edim. İnsanlar şənlənməli idi. Əfsuslar olsun ki, yenə də Avropa bizi təcavüzkar kimi qəbul edirdi. Əlimdən gələni elədim. İnsanlardan da özüm inciyirəm, özüm də barışıram".



Xəbərin oxunma sayı : 949




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap