“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Sabiq deputatın ailə üzvlərinə məxsus bankda pozuntu - Cinayət işi açıldı

Tarix 17.03.23, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


“Muğanbank” ASC-nin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Yeniavaz.com-a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ASC-nin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları barədə şəhər prokurorluğunda araşdırma aparılıb:
"Araşdırma zamanı sabiq filial direktoru Vüqar Əsgərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona etibar olunan xeyli miqdarda pul vəsaitini mənimsəməsi və rəsmi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
İbtidai istintaq davam etdirilir", - məlumatda deyilir.
Qeyd edək ki, “Muğanbank” ASC 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 107,5 milyon manat olan bankın 4 səhmdarı olub. Səhmlərin 67,74%-nə nəzarət edən Mehdiyev Elmir Maqbet oğlu sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin kürəkənidir. Səhmlərin 10,65 %-nə nəzarət edən Vəliyeva Vəfa isə Əhməd Vəliyevin qızıdır. Digər 2 səhmdar isə Əhməd Vəliyevin qudalarıdır.



Xəbərin oxunma sayı : 1192




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap