“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Bu evlərin bərpası və kompensasiyası ilə bağlı Nazirlər Kabinetinə müraciət edildi - VİDEO

Tarix 05.06.23, 11:26

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər bəzi rayonlarımızı cənginə alan təbiət hadisələri əsl fəlakət gətirib. Leysan və sel bəzi rayonlarda canlar da alıb. İnsanlar evlərini itirib, əkin sahələri məhv olub.

Bunu son illər ölkəmizdə baş verən ən güclü təbii fəlakət adlandırmaq olar. Bəs, təbiətin qəzəbinə tuş gələn bölgələrdə insanların dərdinə kim dərman olacaq?

Artıq müvafiq qurumlar tərəfindən həmin ərazilərdə dağılmış infrastrukturun bərpasına başlanılıb. Amma fərdi evlərin dövlət hesabına bərpa ediləcəyi ilə bağlı qərar hələ ki yoxdur.

Hələlik sakinlər ciddi ziyan dəyən evlərində yaşamağa məcburdurlar. Əkin sahələri məhv olan fermerlərə gəlincə, onların problemi dəyişməyib: həmin sahələrin sığortası yoxdur. Niyə? Çünki bu insanlar sığortaya inanmır. Sel fəlakətinin bölgələrdə yaratdığı ziyandan və sakinlərə nə kimi yardım göstəriləcəyindən İTV-də bəhs olunub.

Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Seymur Nazarov bildirib ki, dəymiş ziyanın miqdarının müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı hər bir kənddə komissiya müəyyən edilib, aktlar tərtib olunub. Bununla bağlı Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyinə müraciət olunub.







Xəbərin oxunma sayı : 544




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap