![]() |
|














Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Tarix 08.06.23, 19:14 |
|

Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Elmarın qohumu Elşən özünə məxsus olan “YouTube” sosial şəbəkə kanalında canlı efirdə “Sahib Dost” istifadəçi adı ilə qeydiyyatdan keçmiş Sahiblə onu təhqir etməsi səbəbindən mübahisə edib.
Mübahisəni aydınlaşdırmaq üçün onlar Gəncə şəhəri, Natəvan qəsəbəsi ərazisində yerləşən “Şans” ərzaq mağazasının yanında görüş təyin ediblər. Həmin gün saat 23:50-də Elşən qohumu Elmarla birlikdə təyin olunan yerə gəliblər. Orada Sahiblə, həmçinin onun yanında olan şəxslərlə görüşüblər.
Görüş zamanı Elmar Sahibə sosial şəbəkə hesabında nalayiq ifadələr işlətməsini irad tutub. Sahib Elmarın haqlı iradına məhəl qoymayaraq onu nalayiq ifadələrlə təhqir edib. Mübahisə zamanı Elmar Sahibin sifət nahiyəsinə yumruq zərbəsi vurub.
Sahib 29 avqust 2021-ci ildə stasionar müalicədə olduğu Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında vəfat edib.
İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.
“Mübahisəsi olduğunu dedi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar özünü Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilib.
Elmar bildirib ki, Elşən və qardaşı Mirruhin onun doğma xalası nəvələridir:
“Avqustun 26-da saat 23 radələrində Elşən taksi ilə Samux rayonu Bağmanlar kəndindəki yaşadığımız evin qarşısından keçirdilər. Bu zaman dayanıb mənimlə söhbət etdilər.
Söhbət əsnasında Elşən internet sosial şəbəkəsində Sahib adlı şəxslə mübahisəsi olduğunu dedi. Sahibin söyüş söydüyünü, söhbətə dəvət etdiyini, həmin şəxslə görüşmək üçün Natavan qəsəbəsindəki “Şans” marketinin yanına gedəcəyini söylədi. Mən də birlikdə getməyi təklif etdim.
Qohum olduğumuz üçün Elşəngillə birlikdə qeyd edilən ərzaq mağazasının yanına getdik. Avtomobildə bizdən və sürücüdən başqa heç kim olmayıb”.
“Səhv danışdığını bildirdim”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, onlar təxminən 2-3 dəqiqəyə “Şans” ərzaq mağazasının yanına çatıblar:
“Taksi sürücüsü bizi düşürdükdən sonra mağazanın yanından uzaqlaşdı. Qısa müddət sonra Elşənlə Mirruhinin tanışları Məhəmməd də gəldi. Məhəmmədi əvvəllər Elşəngilin yanında görsəm də, onunla münasibətim olmayıb.
Az sonra mərhum Sahibgil boz rəngli taksidə yanımıza gəldilər. Avtomobildə adlarını sonradan bildiyim Sahib, Füzuli və taksi sürücüsü ilə birlikdə 3 nəfər idilər. Füzuli özünü 33 nömrəli xəttin avtobus sürücüsü kimi təqdim etdi.
Bir-birimizlə salamlaşdıqdan sonra mən, Elşən, Mirruhin və Sahib kənara çəkilib, söhbət etməyə başladıq. Biz sakit söhbətə başlamağımıza baxmayaraq Sahib içkili idi, özünü haqlı hesab edirdi. Elşənin ünvanına “bu peysərdir, buna demişəm, sən kimsən ki, bura gəlmisən, bunun söhbətinə gələn elə bunun tayıdır” kimi ifadələr işlətdi.
Mən səhv danışdığı üçün Sahiblə birlikdə gəlmiş Füzuliyə yaxınlaşdım və Sahibin özünü idarə edə bilmədiyini, buna görə onu özü ilə birlikdə oradan uzaqlaşdırmasını istədim. Füzuli də - “nə edim, öhdəsindən gələ bilmirəm”, - dedi”.
“Bir zərbə vurdum”
Elmar qeyd edib ki, həmin zaman Elşənlə Sahib mağazanın qarşısında yolun kənarında dayanıb və söhbət ediblər: “Füzuli ilə söhbət etdikdən sonra təkrar Sahibin yanına qayıtdım. Elşən mənə səbirli davranmağı, Sahibin içkili olduğunu və ona əl qaldırmamağı dedi.
Mən Sahibin hərəkətlərindən qəzəblənərək sağ əlimin içərisi ilə onun sifət nahiyəsinin sol tərəfinə bir zərbə vurdum. Zərbənin təsirindən Sahib yerə yıxıldı, başı yerə dəydi və huşunu itirdi.
Bunu görən kimi Füzuli ilə birlikdə Sahibi yerdən qaldırdıq və yolun kənarındakı bordürün üzərində oturtduq. Əl-üzünə su vurduqdan sonra Sahib özünə gəldi”.
Elmarın sözlərinə görə, Füzuli ilə taksi sürücüsü Sahibi avtomobilə əyləşdirib və evlərinə aparıblar:
“Biz də yaşadığımız Samux rayonunun Bağmanlar kəndinə qayıtdıq. Evə çatdıqdan sonra Sahibin gəldiyi taksi sürücüsü Eminə zəng etdim və Sahibin hal-əhvalını soruşdum. O da narahat olmamağı, Sahibi bacısıgilə apararaq təhvil verdiklərini bildirdi”.
“500 manat istədiklərini dedilər”
Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 27-də günorta saatlarında Elşən ona zəng edib və Sahibin vəziyyətinin pisləşdiyini, xəstəxanaya aparıldığını deyib:
“Həmin vaxt tanışım Araz da yanımda idi. O, mənə xəstəxanaya getməyi, Sahibin vəziyyəti ilə maraqlanmağı məsləhət bildi.
Araz, Elşən və Məhəmmədlə birlikdə Abbas Səhhət adına xəstəxanaya getdik. Mən kənarda gözlədim, Arazla Elşən xəstəxanaya daxil oldular. Sahibin vəziyyəti ilə maraqlandıqdan sonra geri qayıtdılar. Qohumlarla söhbət etdiklərini və müalicə üçün 500 manat istədiklərini dedilər.
Tutulacağımdan qorxduğum üçün Yevlax rayonu Çardaqlı kəndində yerləşən və əvvəlcədən tanışım olan Zahid adlı şəxsin çoban işlədiyi fermaya getdim. Zahidə bir nəfərlə dalaşdığımı və onu vurduğumu dedim. Bir müddət həmin fermada qaldım.
Sentyabrın 5-də həmin fermada olarkən polis əməkdaşları oraya gəldilər. Barəmdə axtarış qərarını elan etdilər və özləri ilə birlikdə polis idarəsinə apardılar”.
“Uca səslə danışmasını eşitməmişəm”
İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən mərhumun bacısı İradənin sözlərinə görə, 1995-ci ildən Gəncə şəhərinə köçüb və Raufla ailə qurub:
“2021-ci ilin mayında Sahib işləmək üçün Gəncəyə gəldi və bizimlə birlikdə yaşadı. O, ərim Raufla birlikdə Gəncə şəhərində yas mərasimlərində ofisiant işləyirdi. Avqustun 26-da səhər saatlarında Sahib restorana işə getdi, saat 22 radələrində evə qayıtdı. İşdən qayıtdıqda mən də evdə olmuşam və qardaşıma yemək vermişəm.
Sahib yeməyini yedikdən sonra telefonuna zəng gəldiyi üçün yaşadığımız evin həyətinə çıxdı. Orada telefonla danışdı. Sahibin telefonla uca səslə danışmasını və ya kiminləsə mübahisə etməsini eşitməmişəm.
Sahib telefonla danışmaq üçün məhəlləyə çıxanda ərim Rauf da evdə idi. Sahibin arxasınca məhəlləyə çıxdıqda onun qonşuluqda yaşayan Füzuli ilə birlikdə dayanaraq söhbət etdiklərini gördüm. Təkrar məhəlləyə çıxanda onları küçədə görmədim. Qardaşımın mobil telefonuna zəng etdim. Sahib narahat olmamağı, bir qədər sonra qayıdacağını dedi”.
“Ərim ilə birlikdə yanına getdik”
Hüquqi varis qeyd edib ki, həmin günün gecəsi saat 1 radələrində Sahibin istifadəsində olan nömrədən ona zəng gəlib:
"Nömrə qardaşımın olsa da, zəng edən Füzuli idi. O, Sahibin yaşadığımız küçənin girişində içkili vəziyyətdə olduğunu dedi. Ərimlə dərhal onların yanına getdik. Qardaşım dedi ki, İradə, mənə dəymə, qoy bir az dincəlim. Onun pis vəziyyətdə olduğunu gördüm.
Füzuli və Raufun köməkliyi ilə Sahibi əl arabasına uzatdıq və evə apardıq. Sahib mənə dediyi ilk sözlərindən sonra heç nə danışmadı. Hansı şəraitdə xəsarət almasını söyləmədi.
Qardaşımı evə apardıqdan sonra onun üz nahiyəsində xəsarət olduğunu gördüm və dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə, daha sonra təcili tibbi yardım olan “103” xidmətinə zəng etdim. Bir qədər sonra yaşadığımız ünvana polis əməkdaşları, təxminən saat 3-4 radələrində isə xəstəxanadan göndərilmiş təcili tibbi yardım avtomobili gəldi.
Sahibi təcili tibbi yardım avtomobili ilə Abbas Səhhət xəstəxanasına apardılar. Həkimlər onu müayinə etdilər, baş nahiyəsində travma olduğunu dedilər. Rentgen müayinəsindən sonra baş nahiyəsində hematoma əmələ gəldiyini bildirdilər.
Rentgen diskini bizə verərək xəstəxanada neyrocərrah olmadığını, vaxt itirməmək üçün Gəncənin özəl xəstəxanalarında fəaliyyət göstərən neyrocərrahların adlarını sadalayaraq həmin diski neyrocərraha təqdim etməli olduğumuzu bildirdilər.
Həmin ərəfələrdə başımız qarışıq olduğu və Sahibin sağalacağına ümid etdiyimiz üçün diski həkimlərdən götürərək özəl xəstəxanalardakı neyrocərrahlardan birinə təqdim edə bilmədik. Həkimlər də neyrocərrahın qəbuluna getməməyimiz barədə heç nə demədilər.
Avqustun 29-da Sahib müalicədə olduğu Abbas Səhhət xəstəxanasında vəfat etdi”.
“Hərbi şəhərciyə yollandım”
İş üzrə şahid qismində ifadə verən Elşənin sözlərinə görə, “YouTube” video portalında “Eliko Production” adlı kanal açaraq müxtəlif mövzulu video paylaşımlar edib, mütəmadi olaraq özünə məxsus kanalda canlı efir açaraq orada musiqiləri fonda səsləndirib, ara-sıra müxtəlif mövzulardan bəhs edib:
“Həmin canlını 7/24 formatda, yəni bütün gün ərzində açıq saxlamışam. Avqustun 26-da həmişə olduğu kimi canlı efiri açıq qoydum və səhər saatlarında fəhləlik etmək üçün Gəncə şəhərinin çıxışında yerləşən hərbi şəhərciyə yollandım.
Gün ərzində işlədim, təxminən gecə saat 23 radələrində evə qayıdaraq şam yeməyini yedim. “YouTube” sosial şəbəkədəki canlı efirinə daxil oldum. Canlı efirdə “Sahib Dost” adlı istifadəçinin “Ay peysər, məni niyə bloka atmısan?” cümləsini yazdığını, ardınca da onun öz mobil nömrəsini yazaraq zəng etməyi tələb elədiyini gördüm.
Canlı efirin qaydalarına əsasən, ismarışlarda nalayiq ifadələr işlədən şəxslər moderatorlar tərəfindən blok edilir. Mən “Sahib Dost” adlı istifadəçinin mobil telefon nömrəsinə “WhatsApp” vasitəsilə zəng etdim, ondan - “mənim peysərliyimi harada görmüsən?”, - deyə soruşdum.
Sahib cavabında məni təhqir etmək istəmədiyini, sadəcə mənə xəbərdarlıq üçün həmin sözü işlətdiyini bildirdi.
Zəngi bitirdikdən bir neçə dəqiqə sonra Sahibin nömrəsindən təkrar zəng gəldi. O, özünü Sahibin qohumu kimi təqdim etdi və bildirdi ki, fikir vermə, Sahib içkilidir, baş qoşma, nə danışdığını anlamır, gəl bir yerdə oturaq, şokolad alım, çay içək, bu söhbəti bağlayaq. Mən də onunla razılaşdım”.
“Əvvəlcədən tanımamışam”
Elşən qeyd edib ki, Sahibin tanışı olan şəxs 33 saylı xətt marşrutunun sürücüsü olduğunu bildirib, söhbəti mehribançılıqla bağlamağı xahiş edib və onunla “Şans” ərzaq mağazasının yaxınlığında görüşməyi qərara alıblar:
“Həmin gün gecə saat 12 radələrində qardaşım Mirruhinlə birlikdə taksiyə minərək həmin market istiqamətində getdik. Yolda “Bağban” adlı marketin yaxınlığında bizimlə qohumluq münasibətlərində olan, anamın xalası oğlu Elmarı gördük. Avtomobili dayandırdıq və onunla söhbət etdik.
Söhbət zamanı baş vermiş hadisəni danışdıq və həmin şəxslə görüşmək üçün getdiyimizi bildirdik. Elmara birlikdə getməyi təklif etdik. O da razılaşdı. “Şans” mağazasının yanına çatdıqdan bir neçə dəqiqə sonra Sahib 3 nəfərlə ora gəldi”.
Şahid daha sonra ifadəsində aralarında yaranan münaqişədən, Elmarın Sahibi vurmasından danışıb.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmarın əməli Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə tövsif edilib.
Ona 2 il 3 ay müddətinə cəza təyin edilib.
Xəbərin oxunma sayı : 529
Kriminal
Xəbərlər
-
Britaniya kəşfiyyatında ilk - Rəhbər qadın olacaq
-
Ərdoğandan gözlənilən açıqlama gəldi - “Hazırıq”
-
Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq? - VİDEO
-
Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlandı - VİDEO
-
“Moskva sabahdan atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır“ - Zelenski
-
11 yaşlı uşağa qarşı əxlaqsızlıqda ittiham olunan Hacı Salman hadisədən əvvəl...- Sensasion fakt
-
Əlcəzair Fransanın casuslarını bir daha ölkədən qovdu - diplomatik qalmaqal böyüyür
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
“Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil“ - Makron
-
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi - VİDEO
-
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
-
“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
-
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu - Video
-
Bakıda köməkçi tikilidə yanğın - Ölən var
-
“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin
-
“Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik“ - Şahbaz Şərif
-
Okean dibinin yalnız 0,001% -i öyrəniliib - Alimlər etiraf ediblər
-
Prezident onları ayaq üstə alqışladı - VİDEO
-
Bu gün imtahan var - 7 şəhər və rayonda
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezidentdən mesaj
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
-
Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında - Fotolar
-
“Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə...“ - Starmer
-
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
-
“İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək“ - Prezident
-
Tofiq Yaqubludan qərar - Aclıq aksiyasını dayandırdı
-
“Rusiyada istintaq hələ davam edir” - Ceyhun Bayramov
-
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Hindistan və Pakistan razılığa gəldlər - Atəşkəs barədə
-
“Təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir“ - XİN başçısı
-
Şabranda avtomobil ağaca çırpılıb - İki qardaş ölüb
-
Prezident Kəngərli sakinləri ilə görüşdü - FOTOLAR
-
“Ukrayna ordusu dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib“- Rusiya MN
-
Sabirabadda Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
-
“Azərbaycanın vasitəçiliyi ilə aparılan deeskalasiya prosesindən istifadə etmək lazımdır“ - Fidan
-
Hindistan geri çəkilməyə məcbur oldu - Gərginliyin azaldılmasını istəyir
-
Beyləqanda Heydər Əliyevin xatirəsi yad edildi - Fotolar
-
İlham Əliyev Ağdamın Kəngərli kəndində - FOTOLAR
-
“Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir“ - Müdafiə Nazirliyi
-
Sabahdan başlayaraq rayonlarda yağış yağacaq - XƏBƏRDARLIQ
-
“Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var“ - Ceyhun Bayramov
-
Rayonlarda yaşayanlara kredit niyə yüksək faizlə verilir? - VİDEO
-
“Heyətimi gecə klublarında təyin edirəm” - Video
-
Ordumuzun mövqeləri Ermənistandan atəşə tutuldu - RƏSMİ
-
Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi - VİDEO
-
Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
-
Arda Turana rəsmi təklif - qərarı qətidir
-
“Mən atamın inamını doğrultdum...” - VİDEO
-
Hakan Fidan sui-qəsdə məruz qalıb – Özü açıqladı
-
Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
-
“Xatirimizdədir, sevgi ilə anırıq” - Mehriban Əliyeva
-
Pakistan Hindistana zərbələr endirir - Aerodromlar, elektrik şəbəkəsi məhv edilib
-
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
-
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO
-
Ermənistan acınacaqlı vəziyyətdə: Hər dördüncü sakin yoxsuldur
-
Üç gömrük işçisinin məxfi yazışmaları - Rüşvət çarxı necə fırlanıb? + FOTOLAR
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - VIDEO
-
Tramp Çinə tətbiq edilən rüsumları birtərəfli qaydada azaltmaq niyyətində deyil - Ağ Ev
-
Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO
-
Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? - VİDEO
-
Prezidentlə xanımından səmimi görüntülər - VİDEO
-
Çiyələyə bənzəyir, dadı tam başqa - özü isə xəzinədir
-
Dünyanın ən məşhur avtomobil markaları açıqlandı - SİYAHI
-
Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində - VİDEO
-
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma başladı + Video
-
“Tramp bunun üçün hərbi gücdən istifadə edə bilər...“ - Stiven Uitkoff
-
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub - FOTOLAR
-
Nərimanov rayonunda yerləşən “Şəki” restoranı sökülür - VİDEO
-
Yanğın, sel, zəlzələ... - Evimizi necə sığortalayaq?
-
Qısqandığı qadının üzünü dişlədi - Cəza verildi
-
Naxçıvanda orta məktəbdə bıçaqlanma - Yaralı var
-
İlham Əliyev “Xocalı” yarımstansiyasının açılışında iştirak etdi - Fotolar
-
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub - FOTO
-
Tramp və Putin bir-birini təbrik edib - Köməkçiləri vasitəsilə
-
İlham Əliyev Xocalıda da açılışa qatıldı - FOTOLAR
-
Prezident və birinci xanım Şuşa səfər edib - FOTOLAR
-
WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
-
Macarıstanın Ukraynada casusluq fəaliyyəti ifşa olundu - iki agent həbs olundu
-
PKK-nın tərkisilah olaraq özünü ləğv etməsi gözlənilir - KİV
-
Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
-
“Real” Xabi Alonso ilə 3 illik müqavilə imzalayacaq - “Marca”
-
Masallıda ağır qəza - 2-si uşaq olmaqla 3 nəfər ölüb
-
770 min manat vergi borcu olan şirkət - “Bitel” MMC kimindir?
-
Sığorta şirkətlərinin səhlənkarlığı - 50 manatınızın başı ağrıyır
-
DTX-də Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub - FOTOLAR
-
Azərbaycanda məşhur tikinti şirkəti bağlanır, əməkdaşları işdən çıxarılır
-
Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu - “Baku Oksford Məktəbi“ ilə bağlı
-
DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi - VİDEO
-
Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq - Paşinyan
-
Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yerinə onun oğlunu təyin etdi
-
İlham Əliyev yeni seçilən Roma Papasını təbrik etdi
-
“Bitcoin“in qiyməti 103 min dolları ötüb - Kriptovalyuta bazarının son göstəriciləri
-
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? - İcbari Tibbi Sığortanın 3 “dostu“
-
Azərbaycan hərbçiləri paradda keçid etdi - VİDEO
-
İllik təhsil xərci 9 min manat oldu - baş nazirin qərarının şifrələri
-
Prezident və birinci xanım onların xatirəsini andı - FOTOLAR
-
Evlərin qiyməti kəskin bahalaşacaq - Ekspertlərdən AÇIQLAMA
-
Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Bir şagirdin “Son zəng“ xərci nə qədərdir? - AÇIQLAMA
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi -FOTOLAR
-
Atəşkəs olmasa, əlavə sanksiyalar tətbiq edəcəyik - Tramp
-
Çempionlar Liqası:İngiltərənin 6 klubu olacaq
-
Əcnəbilərin Bakıda mağazada dələduzluğu şok etdi - VİDEO
-
Anqola Prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
TOP 10
ARXİV