|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
İranın “ucuz” və “keyfiyyətli” səhiyyə tələsinə düşənlər - ARAŞDIRMA
Tarix 08.06.23, 20:08 |
|
Azərbaycanda müalicə və şəfa üçün yerli səhiyyə müəssisələrinə üz tutanlarla yanaşı, xarici ölkələrə, ələlxüsus da qonşu dövlətlərin səhiyyə sisteminə pənah aparanlar az deyil. Elə müalicə və cərrahi əməliyyatlar üçün qonşu İrana da gedənlər kifayət qədərdir. Həmin şəxslər arasında isə şəfasını tapıb sağlamlığına qovuşanlardan daha çox, İran səhiyyəsinin şişirdilmiş imkanlarına aldanan, nəticədə sağlamlığından da, pulundan da olanlar üstünlük təşkil edir. Belələri, adətən, uzaqdan-uzağa, kimlərdənsə eşitdikləri müsbət, amma uydurma nəticələr və bu istiqamətdə aparılan təbliğatların qurbanına çevrilirlər. Onlar bir çox halda ölkədən ucuz və keyfiyyətli tibbi xidmət adı ilə aparılsalar da, çox vaxt bunun əksini yaşayaraq yenidən ölkə səhiyyəsinə üz tutmalı olurlar.
Səhiyyə sahəsi İranın Azərbaycana təsir vasitələrindən biri kimi
APA xatırladır ki, Azərbaycan müstəqillik qazanandan sonra İranın ölkəmizə nüfuz etmək vasitələrindən biri də səhiyyə olub. Tehran illər boyu öz səhiyyəsinin guya yüksək səviyyədə olması haqqında yalançı təsəvvür yaratmağa çalışıb. Təəssüf ki, “keyfiyyətli və ucuz səhiyyə” sisteminə malik olduğunu təlqin edən İranın yalançı reklamına inanan insanlarımız kifayət qədərdir. Bu cür ucuz təbliğatın qurbanı olan vətəndaşlarımız şəfa tapmaq üçün İrana gedir, nəticədə özlərini təhlükəyə atırlar.
Bəzi faktları xatırlatmaqla İranda səhiyyə sistemi haqqında deyilənlərin mifdən başqa bir şey olmadığını göstərmək olar.
Texnoloji inkişafdan kənarda qalan İran səhiyyəsi necə inkişaf edə bilər?
1979-cu il İranda islam inqilabından sonra ABŞ və aparıcı Qərb ölkələri ilə münasibətləri tamamilə pozulan molla rejimi daim sanksiyalar altında olub. Bu sanksiyalar, eləcə də ikitərəfli münasibətlərdəki problemlər səbəbindən İran dünyada gedən bütün texnoloji inkişafdan kənarda qalıb.
Texnoloji yeniliklərdən, inkişafdan kənarda qalmış bir ölkənin güclü səhiyyə sistemi yaratması isə mümkün deyil. Çünki texnoloji inkişaf, müasir tibbi cihaz və avadanlıqların tətbiqi səhiyyə sahəsinin də inkişafı üçün əsas şərtdir.
Bundan başqa, sanksiyalar altında olan İranın lazımi tibbi və kimyəvi maddələr idxal etməsi də qadağandır. Bu isə ölkədə istehsal edilən dərmanların keyfiyyətinin kəskin azalması deməkdir.
Daha bir fakt ondan ibarətdir ki, uzun illər ərzində tətbiq edilən sanksiyalara, ölkənin sosial-iqtisadi vəziyyətinə görə digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də bacarıqlı, peşəkar kadrlar İranı kütləvi şəkildə tərk etməkdədir.
Sadalanan bu səbəblərdən İranın bu sahəni inkişaf etdirməsi, sadəcə, mümkün deyil.
“Səhiyyə dəllalları”
İnsanların İranda müayinə və müalicəyə cəlb olunmasının ayrı-ayrı işbazlar, eləcə də şirkətlər üçün xüsusi qazanc sahəsinə çevrildiyini də qeyd etmək vacibdir. Onlar yalançı vəd və şərtlərlə vətəndaşlarımızı aldadaraq İrana aparırlar, orada isə müxtəlif xoşagəlməz məqamlar yaşanır. Azərbaycandan vətəndaşları İrana aparan “səhiyyə dəllalları” onlardan xəstəxanaya depozit kimi yatırmaq, həkim qəbulu üçün növbəyə yazdırmaq, eləcə də digər adlarla əvvəlcədən xeyli miqdarda pul alırlar. Vətəndaş mehmanxanaya yerləşdiriləndən sonra isə bəzi hallarda həmin işbazlar hətta telefon nömrələrini belə dəyişdirib, yoxa çıxırlar.
Lakin xəstənin üzləşdiyi problemlər bununla bitmir, xəstəxanada onu daha acınacaqlı ssenarilər gözləyir.
Vətəndaşın xəstəxanalarda daha uzun müddətli qalması, daha çox pul xərcləməsi üçün ona bilərəkdən yanlış diaqnozlar qoyulur, analiz nəticələri saxtalaşdırılır, xəstəyə və yaxınlarına çox vaxt yalandan xəstəliyin kəskin, ağır formada olduğu bildirilir. Bəzən xəstələrin vəziyyətinin yüngülləşdirilməsi üçün müalicə tədbirləri görülür, ancaq bu, daha çox müvəqqəti xarakterli olur. Xəstə bir müddət sonra vəziyyəti pisləşdikdə, yenidən İrana getməli, həmin xəstəxanaya və həkimə üz tutmalı olur. Bu, həm də ona görə edilir ki, xəstə həmin xəstəxanadan və həkimdən uzun müddət asılı vəziyyətdə qalsın, daha çox pul xərcləsin, əvəzində isə qarşı tərəf varlansın.
Bununla paralel, bəzi hallarda xəstənin bədəninə inyeksiya yolu ilə müəyyən viruslar daxil edilir, bununla da başqa xəstəliklərin əsası qoyulur. Yeni xəstəliklərin əmələ gəlməsi isə genofondumuza ciddi zərbə vurulması deməkdir.
İran səhiyyəsinin qurbanları: Faktlarla...
Buraya qədər yazılanlar müəyyən suallar doğura, yaxud kimlərəsə inandırıcı gəlməyə bilər. Lakin faktlar da yazılanları təsdiqləyir.
Məsələn, bir neçə il öncə İran səhiyyəsinin qurbanı olan Arzu Əliyeva 19 yaşında ailə qursa da, ana olmaq üçün etdiyi müalicələr nəticə verməyib.
Arzu Əliyeva deyir ki, Bakıdakı xəstəxanaların birində ona süni mayalanma təklif olunsa da, həyat yoldaşı bununla razılaşmayıb. Bu səbəbdən onlar Təbrizə gedib, orada bütün müayinələrdən keçiblər, müalicə təyin edilib: “İki ay müalicə olunandan sonra ürəyim bulandı, qarnım şişməyə başladı. Həkimlə əlaqə saxlayıb vəziyyətimi bildirdim. Dedi ki, artıq hamiləyəm. Yəni bütün əlamətlər bunu göstərirdi”.
Amma Arzu Əliyevanın sevinci uzun sürməyib. Qarnı sürətlə böyüyüb, nəfəs alması çətinləşib: “Qadın məsləhətxanasına getdim. Həkim dedi ki, hamilə deyilsən, qarnına su yığılıb. Məni Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərdilər. Orada müayinə olunandan sonra bəlli oldu ki, bağırsaq vərəminə yoluxmuşam. Üstəlik, İranda aldığım müalicədən sonra məndə dərmanlara qarşı allergiya yaranmışdı”.
Kərim Kərimov da sağlamlığına qovuşmaq üçün İrana üzü tutub, ancaq hər şey tərsinə olub:
“2012-ci ildə müayinə olundum və hepatit C virusuna yoluxduğumu öyrəndim. Həkim dedi ki, kəmiyyət və keyfiyyət analizləri verməlisən. Mən isə İranda müalicə olunmaq istədim. Nə bilim, o vaxt İrana getmək bir az da dəb idi, dişi ağrıyan da İranda çəkdirmək istəyirdi. Mən də bir taksi sürücüsünün məsləhəti ilə Təbrizdə “Behrud” klinikasına getdim. Düzü, orada azərbaycanlı xəstələrə yaradılan şərait məni təəccübləndirdi, tərcüməçi vardı. Üstəlik, xəstəxanada bir dənə də olsa, iranlı xəstəyə rast gəlmək mümkün deyil. Tək ultrasəs müayinəsinə (USM) 75 manat ödədim, ümumi analizlərə isə 450 manat pulum çıxdı. Bundan sonra həkim dedi ki, gərək qaraciyərindən bir tikə kəsək, götürüb yoxlayaq, görək xəstəlik sirroza çevrilir, ya yox”.
İranlı həkimin “qaraciyərdən bir tikə götürmək” təklifini eşidəndə huşunu itirib özündən gedən Kərim Kərimov gözünü klinikanın palatasında açıb:
“Həyəcan və qorxudan şəkərim qalxıbmış. Elə bildim, qaraciyərimin yarısını kəsib götürüblər. Mənə sistem qoşdular, dərmanlar etdilər. Həmin gün palatada qaldım. Səhəri isə dedilər ki, aparılan müalicəyə görə 600 dollar verməlisən. Bir gecə üçün 600 dolların çox olduğunu mən dedim, mən eşitdim. Əlim heç yana çatmadı, pulu verib İrandan kor-peşman ayrıldım”.
Ən gülməlisi də odur ki, Kərim Kərimova onu iranlı həkimlərin yanına aparan iranlı taksi sürücüsü ürək-dirək verib, yol göstərib:
“Sürücü dedi ki, qorxma, qaraciyərdən tikə götürüb müayinəyə vermək iynə ilə ciyərdən nümunə götürməkdir. Bu müayinə nə az, nə çox - 250 dollara başa gəlir. Dedi ki, özü də bu müayinə ancaq azərbaycanlı xəstələrə yazılır. İranlıların danışığından belə başa düşdüm ki, bu, adi pul tələsi imiş. Sürücü bunu bilə-bilə məni o xəstəxanaya aparıb, sonra da “qorxma, Azərbaycandan gələnlərin əksəriyyətindən bu analizi istəyirlər” deyib”.
Bundan başqa, sosial şəbəkələrdə ayrı-ayrı insanların İran səhiyyəsinin qurbanına çevrilməsini əks etdirən kifayət qədər paylaşıma da rast gəlmək mümkündür.
İranda xəstəxana azərbaycanlı körpənin nəşini girov saxlamışdı
Bundan əlavə, İranda səhv müalicə səbəbindən ölən insanların nəşlərinin ailə üzvlərinə verilməsi də həftələrlə uzadılır, yalnız külli miqdarda pul vəsaiti ödəndikdən sonra cənazə ailələrə verilir.
2016-cı ildə İrana müalicəyə aparılan Dadaşzadə Qorqud Rövşən oğlunun meyiti də ailəsinə verilmirdi. 10 aylıq körpə Təbriz şəhərində, “Kudakan” xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində ölüb. Həkimlər isə 3 200 manat borcu əsas gətirərək, uşağın meyitini ailəsinə verməkdən imtina edirdilər. Uşağın əmisi Şəhriyar Dadaşov deyib ki, iranlı həkimlər qardaşı oğlunun başqa diaqnozla öldüyünü bildiriblər:
“Uşaq İranda sağalmışdı. Qaraciyər və dalağındakı şiş çəkilmişdi. Sonra dedilər ki, uşağa infeksiya düşüb. Həkimlər özləri deyirlər ki, uşaq gətirilən diaqnozla ölməyib. Xəstəxanada uşağın ağciyərinə infeksiya düşüb. Bundan başqa, iki-üç gün ərzində xəstəxanadakı bir neçə uşaq da həmin xəstəlikdən ölüb”.
Şəhriyar Dadaşov qeyd edib ki, həkimlər əvvəlcədən uşağın müalicə xərci ilə bağlı onlara dəqiq bir söz deməyib:
“Uşaq hələ sağ olanda dedilər ki, müalicə bitsin, biz sizə xərcin həcmini deyəcəyik. Uşaq öləndən sonra dedilər ki, sizin xəstəxanaya 15 min 500 manat borcunuz var. İranda hansısa xeyriyyə cəmiyyəti bu məbləğin böyük hissəsini ödəyib. Sizin 3 200 manat borcunuz qalıb. Borcu ödəyəcəyiniz təqdirdə uşağın meyitini verə bilərik”.
Ailəsi borcu ödədikdən sonra uşağın meyiti ailəsinə təhvil verilib.
Bəzi hallarda uydurma xəstəliklər və saxta analizlərlə xəstəni qorxudan işbazlar onlara bahalı müalicə kursu yazır, belə hallara daha çox uşaqlarla bağlı rast gəlinir. Müflis olan vətəndaş borcu ödəyə bilmədikdə girov kimi saxlanılır və bəzi hallarda İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edilir. Faciə üzərində pul qazanılır, həm də məxfi orqanlarla əməkdaşlığa məcbur edilir.
İranda bəzi xəstəxanalar casus cəlbetmə yuvasına çevrilib
Bu gün “Güney Azərbaycan” “Telegram” kanalında da bununla bağlı səs yazısı yayılıb. İranda azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar səsləndirilir. Səs yazısında deyilir ki, Tehranda həkim azərbaycanlıya iynə vuraraq bədəninə virus yeridib. Həmin şəxs iynə vurulduqdan sonra özünü pis hiss etməyə başlayıb, həkim ona vəziyyətinin çox ağır olduğunu, dərhal müalicə olunmalı olduğunu bildirib. Müalicə üçün isə 50 min dollar tələb olunub. Daha sonra xəstəxanaya gələn müəmmalı şəxslər onunla danışaraq bu pulu ödəməsi üçün ona kömək edəcəklərini, lakin qarşılığında onların dediklərini etməli olduğunu, kəşfiyyat məlumatları verməli olduğunu deyiblər.
Bütün bu baş verənlər “səhiyyə turizmi” adı altında İranda vətəndaşlarımıza qarşı törədilən və ciddi araşdırmalı olan məsələlərdir.
Həkim: “Kiminsə öz canını İran kimi bir dövlətin səhiyyəsinə əmanət etməsini anlamaqda çətinlik çəkirəm”
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Aynurə Əmirova bildirib ki, bir şəxs tibbi yardım üçün xarici ölkəyə üz tutursa, orada qarşılaşa biləcəyi həm müsbət, həm də mənfi məqamlar barədə əvvəlcədən mütləq məlumatlandırılmalıdır.
Tibbi turizmdən yararlanmaq istəyən insanların qarşılaşacağı risklərə gəldikdə, həkimin sözlərinə görə, bu məsələdə ilk növbədə yaşanan problem tibbi sığorta ilə bağlı olur:
“Məsələn, çox vaxt xidmət üçün ödənilməli olan müəyyən məbləğ nəzərdə tutulur, daha sonra isə sığortadan kənar əlavə məbləğ ödənilməsi kimi məqamlar ortaya çıxır. Bu da qiymətin yüksəlməsi deməkdir. Digər məqam isə səyahət zamanı həmin regiona məxsus hansısa virusa yoluxma riskidir. Bəzi ölkələr var ki, oraya getmədən öncə müəyyən peyvəndlərin aparılması tövsiyə olunur, bəzi hallarda isə bu, mütləqdir. Əsas mənfi tərəflərdən biri də sırf tibbi müdaxilədən sonra fəsadların yaranması və səyahət zamanı həmin fəsadların daha kəskin formada keçməsidir. Qeyd etmək lazımdır ki, səyahət edən zaman insanın immun sistemi zəifləyir və bunun fonunda hansısa tibbi müdaxilə aparılırsa, onun effektivliyi də bir qədər aşağı düşür. Səyahət vaxtı ağırlaşma yaranırsa, həmin müddətdə tibbi yardımın göstərilməsi daha da çətinləşir. Ona görə bunları nəzərə almaq lazımdır”.
Sırf mama-ginekologiya ixtisasına gəlincə isə, həkim bildirib ki, vətəndaşların xarici ölkələrə üz tutma səbəbi daha çox sonsuzluq, süni mayalanma müalicə üsulu ilə bağlı olur:
“Bunun üçün vətəndaşlarımız daha çox Türkiyə, İsrail, İran, Rusiya kimi ölkələrə üz tuturlar. Bu zaman nəzərə almaq lazımdır ki, önəmli məqam təkcə hamiləliyin baş tutması deyil, eyni zamanda, hamiləlik baş tutduqdan sonra onu doğuşa qədər çatdırmaqdır. Bu zaman ölkəyə dönmüş vətəndaş üçün həmin həkimin müayinəsi əlçatan olmur və müəyyən fəsadlar meydana gəlir, risk qrupuna daxil olan hamilə qadınlarla işin düzgün qaydada aparılması ilə bağlı boşluqlar yaranır. Yerli həkimlərimiz arasında kifayət qədər nəticəsi yüksək olanlar var. Buna görə tövsiyə edərdim ki, yerli həkimlərə müraciət edilsin. Bu zaman müəyyən həssas müalicə üsullarının yerli şəraitdə aparılması tövsiyə olunur ki, bu da alınan müsbət nəticələrin faizinin artmasına təsir göstərir”.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, həkim mama-ginekoloq Nəcibə Məhərrəmova deyib ki, bu gün Azərbaycan səhiyyəsi Avropa standartlarına uyğun səviyyədə inkişaf edib:
“Açığı, bu halda öz səhiyyəmizdən narazı qalıb, başqa bir ölkənin səhiyyəsinə üz tutmağın özünü nadanlıq hesab edirəm. Xüsusilə də bu qədər mütərəqqi addımların atıldığı, ölkədə tibbin inkişaf etdiyi bir vaxtda kiminsə öz canını İran kimi bir dövlətin səhiyyəsinə əmanət etməsini anlamaqda çətinlik çəkirəm. Bizim özümüzün gözəl alimlərimiz, instrumental metodlarımız, diaqnostik mərkəzlərimiz, yeni açılan klinikalarımız var. Xəstələrə yüksək səviyyədə diaqnoz da qoyulur, müalicə də aparılır. Mən təsəvvürümə gətirə bilmirəm ki, Azərbaycandan kimsə İran səhiyyəsinə müraciət etsin və onlardan xeyir tapsın”.
XİN: İrana səfər etməkdən çəkinin
Yuxarıda sadalanan faktlardan bu nəticəyə gəlmək olar ki, İran xəstəxanalarında Azərbaycan vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi təmin edilmir. Əksinə, müxtəlif məqsədlər, o cümlədən müalicə üçün bu ölkəyə üz tutan vətəndaşlarımız ciddi problemlərlə üzləşir, bəzi hallarda xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülürlər, onların əməkdaşlığa cəlb edilməsinə çalışılır. Razılaşmayanda isə hətta saxta ittihamlarla həbs edilirlər.
Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyi növbəti dəfə zərurət olmadan İrana səfər etməkdən çəkinməyə çağırış edib.
Xəbərin oxunma sayı : 1051
Gündəm
Xəbərlər
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
-
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
-
MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ
-
Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”
-
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
-
Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski
-
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
-
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
-
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
-
“Dövlətin yürütdüyü siyasətə güvənməliyik” - Ramin Əhmədov
-
Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq - Xəbərdarlıq
-
Sülhməramlıların Qarabağdan çıxmasının yeni görüntüləri – VİDEO
-
“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib
-
Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA
-
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
-
Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq
-
Əri ilə boşanan qadın qızını başqa kişiyə təhvil verdi - İDDİA + FOTO
-
“16 milyon seçicinin səsverməyə getməməsi seçkinin nəticələrinə təsirsiz ötüşməyib“ - Ərdoğan
-
“Aİ-nin rəhbərliyi dəyişməlidir” - Viktor Orban
-
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
-
“Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın” - Əli Məsimlidən təklif
-
Azərbaycanda film kimi olay: Kişi evli ola-ola başqası ilə nigaha girib
-
“Hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib“ - Hikmət Hacıyev sülhməramlıların çıxarılmasından danışdı
-
Jurnalist Cəmil Məmmədliyə hökm oxundu - FOTO
-
Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib: Ölənlər və yaralananlar var
-
Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar
-
Sülhməramlılar Qarabağdan çıxır - Kreml təsdiqlədi
-
Yaşı 30-dan aşağı olan milyarderlər -Siyahı
-
Müştərilər “AFB Bank”dan pullarını geri götürür – Bank zərərlə işləyir
-
Sabah 28 dərəcə isti olacaq - Hava
-
Aşağı Güzdəkdə təhlükə: “Göl zəhərli ilanlar, vəhşi heyvanlarla doludur”
-
“İsrailin İrana ən kiçik hücumu belə olsa, şiddətli qarşıdurma yaşanacaq“ - İbrahim Rəisi
-
Rusiyanın üç hava limanında uçuşlar dayandırıldı - SƏBƏB
-
Deputat cərimələrin artırılmasını istəyir: “Cərimənin məbləği elədir ki...“
-
Bayden Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir - Con Kirbi
-
İlham Əliyev Kayrat Sarıbayı qəbul etdi - YENİLƏNİB
-
Azərbaycanda banklar son 3 ayda nə qədər pul qazanıblar? – Tam siyahı
-
Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - SİYAHI
-
Əsgəran avtomobil yolunun inşasına başlanıldı - FOTOLAR
-
Dövlət İnvestisiya Şirkəti pulları belə batırıb... - Hesablama Palatasının ŞOK HESABATI
-
Azərbaycan XİN Fransaya xəbərdarlıq etdi:“Heç bir nəticə verməyəcək”
-
Ermənistana məxsus kvadrokopter zərərsizləşdirildi - RƏSMİ
-
Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər
-
Nazir Baş İdarəyə rəis müavinini işdən çıxardı - Yerinə Şabanovu təyin etdi
-
Aytən Səfərova yol qəzasına düşüb – Ölən var
TOP 10
ARXİV