“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Qohumunun toyunda gəzdirdiyi elektron qolbağı qırıb atdı - Yeyib-içdi, oynadı, sonra isə... - FOTO

Tarix 09.06.23, 21:38

Font ölçüsü : - / +
bitmap-img6


Siyəzəndə qohumunun toyunda iştirak edən şəxs üzərində gəzdirməli olduğu elektron qolbağı qıraraq yerə atıb.

Qaynarinfo.az-ın məlumatına görə, Siyəzən rayon sakini Sakit (şərti) Xaçmaz Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirli bilinərək, 4 il 5 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilib. Həmin tarixdə Sakitə elektron nəzarət vasitəsi tətbiq olunub.

Sakit Siyəzən şəhərində yerləşən “Siyəzən Palace” şadlıq sarayında qohumunun toyunda rahat yeyib-içmək, şənlənmək üçün ayağında olan elektron qolbağı dartaraq açıb və mobil qurğu ilə birlikdə cibinə qoyub.

Daha sonra Sakit içkili halda “Siyəzən Palace” şadlıq sarayında elektron qurğunu yerə tullayıb. Toyun səhəri günü ayıldıqdan sonra “Siyəzən Palace” şadlıq sarayında elektron qurğunu axtarsa da, tapa bilməyib. Məlum olub ki, qolbaq tapılaraq yararsız halda Siyəzən Rayon Polis şöbəsinə təhvil verilib.

Məhkəmə Sakitdən 2277 manat 40 qəpik məbləğində pul tutularaq, Ədliyyə Nazirliyi Probasiya Xidmətinə köçürülməsinə qərar verib və o, yenidən elektron qolbaqla təmin olunub.



Xəbərin oxunma sayı : 499




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap