Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Azərbaycanda bu məhsul bahalaşdı - Səbəb nədir?

Tarix 15.11.23, 13:40

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər paytaxtda və bölgələrdə kənd yumurtasının qiymətində artım müşahidə olunur. Bir müddət əvvəl 25 qəpiyə satılan yumurta indi 35-40 qəpiyə təkif olunur.

Satıcılar deyir ki, qiymətin artması mövsümi xarakter daşıyır. Onlar qiymət artımı ilə əlaqədar olaraq, alıcı kütləsinin də azaldığını bildiriblər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,1 faiz təşkil edib.

Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, mal və qoyun ətinin, təzə balığın, südün, yumurtanın, üzümün, pomidorun, xiyarın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, meyvə şirəsinin qiymətlərində müşahidə olunub.

Kənd yumurtasının qiymətindəki artıma səbəb nədir? Qiymət getdikcə daha da artacaqmı?

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli vurğulayıb ki, kənd yumurtalarının qiyməti hava ilə əlaqədar bahalaşır:

“Kənd yumurtası kustar üsulla becərilən toyuqlardan alınır. O toyuqların hamısı xüsusi bəslənmə şəraitində saxlanılmır. Məsələn indi Qazaxın ucqar kəndində hava soyuyub. Burada toyuq hinlərinə nə istilik sistemi, nə də işıq çəkirlər. Ona görə də soyuq aylarda, adətən, toyuqlar az yumurta verir. Belə olan halda yumurta qıtlaşır. Yəni tələbat təklifi üstələyir. Bu isə qiymətin bahalaşmasına səbəb olur. Bu, hər il belə olur”.

A.Nəsirli yanvar, fevral və mart aylarında yumurta qiymətlərinin daha da bahlaşacağını söyləyib:

“Havalar soyuduqca kənd yumurtalarının qiyməti artacaq. Amma brolyer yumurtaları qış aylarında da ucuzlaşa bilir. Çünki onları ferma şəraitində saxlayırlar. Sabit temeperaturda, xüsusi yemlərlə saxlanırlar deyə ferma yumurtalarının qiymətini sabit saxlamaq olur. Amma kənd yerlərində, ayrı-ayrı ev təsərrüfatları bunu bacarmır. Yanvar, fevral və mart aylarında kənd yumurtalarının qiyməti daha baha olacaq. Ancaq elə illər də olur ki, iqlim elə də sərt keçmir. Tutaq ki, bir ay sonra toyuqlar xoş keçən iqlimə adaptasiya olunur. Beləliklə, toyuqlar qidadan asılı olaraq yumurta verməyi intensivləşdirirlər”.



Xəbərin oxunma sayı : 934




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap