“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama

Tarix 04.07.25, 13:40

Font ölçüsü : - / +
bitmap-img6


"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb.

AzFakt.com xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli report-a açıqlama verib.

O bildirib ki, 2024-cü ilin iyununda keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında Qəbələ” klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 min manat maliyyə vəsaitinin ayrılması ilə bağlı qərar qəbul edilib:

"Elə həmin iclasda “Qəbələ” klubuna dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulmuşdu. 700 min manatın son hissəsi mayın sonunda klubun hesabına köçürüldü. Bundan başqa, il ərzində, demək olar ki, bütün yaş qrupları üzrə milli komandalarımızın Qəbələdə təlim-məşq toplanışları təşkil olunub. Hətta aşağı yaş qrupları üzrə milli komandalarımızın Qəbələdə beynəlxalq yoldaşlıq görüşləri də keçirilib. 2024-cü ilin sentyabrından 2025-ci ilin iyununa kimi Qəbələdə aşağı yaş qruplarından ibarət milli komandaların təlim-məşq toplanışlarına 265 min 918 min manat xərclənib ki, bunda da məqsəd “Qəbələ” klubuna dəstək idi. Ötən ilin noyabrında A milli komandanın Estoniya ilə oyunundan əvvəl isə Qəbələ şəhər stadionunda təmir işlərinə və səsləndirmə sisteminin yenidən qurulmasına xeyli vəsait xərclənib".

Qeyd edək ki, "Qəbələ" klubu akademiyanın fəaliyyətinin məhdudlaşdırıldığını ötən gün açıqlayıb.



Xəbərin oxunma sayı : 1123




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap