“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?

Tarix 11.07.25, 19:58

Font ölçüsü : - / +
bitmap-img6


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti "SS-İnşaat” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo-nun məlumatına görə, müqavilədə Şabran rayonu ərazisində salınmış məcburi köçkün qəsəbəsində fərdi yaşayış evlərinin təmiri nəzərdə tutulur. 

Təmir işlərinə görə şirkət 354 070,33 manat ödəniləcək. 

Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. Bu da tenderin şəffaflığını şübhə altına alır. Çünki Azərbaycanda inşaat işlərini həyata keçirən xeyli sayda iri şirkət var. Adətən satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda birmənbə metodundan istifadə edilib. 

"SS-İnşaat” MMC-yə gəldikdə, şirkət 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin qanuni təmsilçisi Hümbətov Saday Mustafa oğludur. 

Saday Hümbətov tanınmış iş adamıdır. Onun adı uzun illərdir ki, mediada hallanır. Maraqlıdır ki, iş adamının adı bir çox hallarda keçmiş təsərrüfat naziri İsmət Abbasovla qoşa çəkilir. Yəni, Saday Hümbətov keçmiş nazirin adamı kimi qələmə verilib. Hətta bəzi media resurslarında "SS-İnşaat” MMC-nin İsmət Abbasova yaxın şirkət olması iddia edilir. Məlumatlardan o da aydın olur ki, İsmət Abbasov kənd təsərrüfatı naziri olarkən tender oyunlarında "SS-İnşaat”dan istifadə edirmiş.



Xəbərin oxunma sayı : 355




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap