Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Azərbaycanın məqsədi regionda sabitlik, inkişaf və rifahdır” - Hikmət Hacıyev

Tarix 01.12.25, 23:48

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Ermənistanla münaqişənin başa çatmasından sonra iqtisadiyyatın və infrastrukturun inkişafına xüsusi diqqət yönəldib”.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Brussels Signal” nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, keçmiş ərazi mübahisələri artıq tarixdə qalıb və gündəlikdə olan əsas prioritet genişmiqyaslı layihələrdir:
“Bu layihələr arasında Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanı, Ermənistanı, İranı və Türkiyəni birləşdirəcək yol-dəmir yolu xətti Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağına çevrilə bilər”.

Onun sözlərinə görə, Bakı həmçinin Avropa ilə enerji əməkdaşlığının genişləndirilməsini təklif edir. Qaz tədarükü, həmçinin bərpaolunan enerji sahəsində birgə layihələr gündəmdədir. Bundan əlavə, qızıl və nadir torpaq elementləri üzrə geoloji kəşfiyyat imkanları da nəzərdən keçirilir:
“Biz müharibəni qazandıq, indi gəlin sülhü də qazanaq”.

Prezidentin köməkçisi onu da bildirib ki, Azərbaycanın əsas məqsədi regionda sabitlik, geniş inkişaf və ümumi rifahın təmin olunmasıdır.



Xəbərin oxunma sayı : 505




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap