Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Hikmət Hacızadə: “Tramp siyasətçi deyil“ - Müsahibə

Tarix 10.11.16, 23:18

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-da prezident seçiklərinin nəticələrinə görə, Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib.

D.Trampın 274 səslə qalib gəlib. Demokratlar Partiyasının namizədi Hillari Klinton isə 215 nümayəndənin səsini qazanıb.Seçki kampaniyasının sorğularında uduzan Trampın prezident seçkilərində qalib olması bir çoxları üçün gözlənilməz oldu. ABŞ-da son seçkilər və yeni prezident Donald Trampla bağlı Qaynarinfo.Az-ın suallarını politoloq Hikmət Hacızadə cavablandırıb

Trampın seçiləcəyinə inanırdınızmı?

- Trampın seçilməsi mənim üçün şok oldu.

Gözlənilməz proqnoz və Tramp prezident seçildi . Səbəb nə oldu ki, reytinqlər üstələdiyi Hillari Klinton yox, Tramp? 

- Kampaniya zamanı sosialar sorğular işləmədi. Trampı istəyən adamlar utanırdılar ki, desinlər – "mən Trampı istəyirəm". O, çox ziddiyətli fiqur olduğuna görə, Trampı istəyənlər sorğularda istəklərini gizlədirdilər. 

Seçki kampaniyasında Klintonun topladığı büdcə 516 milyon dollar, Trampın 205,8 milyon dollar olub. Üstəlik Klintonun seçki kampaniyasına Buffet, Soros kimi maliyyə oliqarxları, Səudiyyə Ərəbistanı, Qatar kimi zəngin ölkələr pul ayırıb. Oliqarxların dəstəyinə baxmayaraq az vəsaitlə Tramp qalib gəldi. "CNN", "BBC", "New York Times" Donald Trampın əleyhinə təbliğat aparırdılar. Bir sual meydana gəlir niyə Trampı prezident görmək istəmirdilər?

- Bu sualda maraqlı məqam var. Hamı başa düşməlidir ki, hər şeyi pulla həll etmək olmur. Demokratiyada, simpatiyada, siyasətdə, qadına məhəbbətdə, dostluqda pul həlledici deyil. İkincisi, Tramp ziddiyyətli bir fiqur kimi gözlərinə görünürdü. Oliqarxlar düşünürlər ki, yalnış iqtisadi siyasət, o cümlədən daxili və xarici siyasət bunların pul itkisinə səbəb ola bilər. Ona görə, Klintonu dəstəkləmək qərarına gəldilər. Bilirlər ki, Klinton təcrübəli adamdır, hansı ailədəndir, nə düşünür, nə edə bilər, nə danışacaq. Klinton senator olub, dövlət katibi olub. Tramp isə onlar üçün qaranlıq görünürdü. 

 Trampı seçki kampaniyasında "Rusiyanın böyük qardaşı" adlandırırdılar. Rusiya –ABŞ münasibətləri Tramp dövründə necə olacaq? 

- Bu məsələ əslində indi həll olunur. Bir neçə saat əvvəl Tramp CNN kanalına müsahibə verib. Müsahibənin başlığı belədir: “Bayram olmayacaq”. Müsahibədə Tramp kampaniyadan fərqli olaraq, tamamilə zidd danışır: "Rusiyanı yerində otuzduracam, sanksiyaları artıracam, Krımı qaytaracam, Ərəbləri adam edəcəm, İŞİD-i dağıdacam" və sair. Tramp siyasətçi deyil, o biznesmendir. Siyasətçilər adətən belə ziddiyətli fikirlərdən qorxurlar. Bir həftə öncə belə danışırsan, bu günsə başqa şey. Amma biznesdə belə adət-ənənə yoxdur. Malını satmaq üçün biznesmen istənilən şeyləri danışacaq, "dayı" deyəcək sənə. Tramp da bu cür elədi. 

Trampın prezident seçilməsinin ardından dünya birjasında bir çalxalanma oldu. Sizcə, iqtisadi böhran daha da dərinləşəcək, ya həllini tapacaq? 

- Dünya birjasında olan çalxalanma müvəqqətidir. Bu Trampın müsahibəsindən də görünür. Tramp son müsahibəsində dediklərini həyata keçirməyə başlasa, iqtisadiyyat sabitləşəcək. 

Trampın seçki öncəsi vədləri nə dərəcədə həyata keçirə biləcək? Yoxsa Obamanın bir çox yerinə yetirmədiyi vədlər kimi, Trampın söylədikləri də vəd olaraq qalacaq?

Papurist ənənəvi ABŞ siyasəti. Məsələn, Trampın şəxsi saytında müsəlmanları ölkəyə buraxmamaq fikri çıxarılıb. İndi sayta baxsaq, həmin fikirlər orada yoxdur. Sadə seçicilərin səsini almaq üçün Tramp bu fikirləri səsləndirirdi. 

Trampın seçilməsindən sonra bir çox ekspertlərin artıq ənənəvi siyasi elitanın sona çatdığını bildirdilər. Siz necə düşünürsünüz?

- Siyasi elita həmişə olub və olacaq. Bəli, insanlar məyusdurlar. Ancaq soruşmaq lazımdır ki, nədən məyussuz? Ümumiyyətlə, dünya problemləri ilə çətinləşib. Yeni-yeni problemlər yaranır, hansı həll olunmur və ya gec həll olunur. Ona görə insanlar elə adam istəyir ki, gəlib desin - “dağıdacam, vuracam, baltayla düzəldəcəm”. Ona görə ona səs verdilər. Elita da problemləri həl edir, amma yavaş-yavaş, güzəştlərlə. Bu cür davranış isə çox adamın xoşuna gəlmir, ya da başa düşmür. Görək Tramp nə edəcək... Tramp özünü qeyri-ənənəvi aparsa, Amerikanın iqtisadiyyatı çökməyə başlayacaq. Onda insanlar üzünü elitaya çevirəcək. Amma mən inanıram ki, Tramp da özünü elita kimi aparacaq.  

Trampı biznesmen adlandırırlar, onu insan hüquqları, demokratiya və sarə mövzularda həssas olmayacağı bildirilir. Bu fikirlərə münasibətinizi bilmək istərdik.

- Yaxşı sualdır. İntahası bunun cavabını biz keçmişdə axtarmalıyıq. Respublikaçılar insan haqqlarından çox az danışır, amma reallıqda daha çox riayət edir. Məsələn, Robert Reyqan. O insan hüquqlarından çox danışmırdı, amma SRRİ-ni dağıtdı və 300 milyon insanı azad etdi. Respublikaçılar baltanı düz mərkəzə vurur, xırda işlər görməyi sevmir. Amma Demokratlar isə yavaş-yavaş iş görür – ona məktub, buna mükafat. Demokratlar bu nöqteyi nəzərdən qətiyyətlidir. 

Respublikaçıların dövründə ABŞ bir neçə yerdə müharibə apardı, Demokrat olan Obamanın zamanında isə nisbətən səngidi. Sizcə, Trampən dövründə ABŞ yenidən hansısa bölgələrdə fəal müharibəyə gedə bilərmi? 

- Əslində dünyanın hər bir yerində müharibə gedir. Trampın öncədən xarakterini və siyasətini bilmirik. Buna görə, konkret nəsə söyləmək çətindir. O siyasətçi deyil ki, keçmişinə baxıb nəsə proqnoz demək olsun. 

Seçki kampaniyası zamanı “erməni soyqırımı” məsələsi gündəmə gətirilirdi. Amma bu dəfə bunun üstündən keçdilər. Trampın seçki kampaniyasında da bu məsələyə toxunulmadı. Səbəb nə idi?

- Ermənilər dünyanın zəhləsini töküb. Artıq dünya bu məsələdən də və elə özlərindən də iyrənir. Məncə, səbəb budur.



Xəbərin oxunma sayı : 130




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap