Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sevda: “Kiminsə ərini əlindən ala bilərəm, o tərəfə də keçərəm, amma ...” - VİDEO

Tarix 24.11.16, 2:09

Font ölçüsü : - / +
bitmap-img6


“Kiminsə ərini əlindən almaq mənə düşməz...”

AzFakt.com xəbər verir ki, “ARB Ulduz”un efirində yayımlanan “Şou məkan” verilişinin növbəti qonağı olan müğənni Sevda Sanəliyeva şəxsi həyatı ilə bağlı eksklüziv açıqlamalar verib.

Müğənni qızını ilk dəfə bizə göstərdi: “Biz sizi balaca qızımla, Leylamla salamlayırıq. İlk dəfədir ki, balam efirə çıxır, tamaşaçıları salamlayır. İki ay yarımlığından artıq yavaş-yavaş məşhurlaşmağa başlayır. Mən təxminən 3-4 il ara vermək istərdim. Bir övlad tapa bilmirdim, Allah mənə ikisini birdən verdi. Çox şükür. Yenə də Allah bir sürpriz etsə, yenə də istəyirəm. Beş dəfə də etsə, beş dəfə də istəyirəm”.

Sənətçi uzun müddət övladsız qalmasından, müalicələrindən, min dərədən su daşımasından dili, dodağı yanmış kimi danışdı: “Hələ ailə qurmamışdan öncə müalicələr alırdım. Həkim müayinə edəndən sonra demişdi ki, nə vaxtsa ailə qursan, uşağın olmayacaq. Mən illərlə müalicə aldım. Ancaq heç bir təsiri olmadı. 7 il çox böyük strees keçirdim. Ona görə, bir müddət efirlərdən uzaqlaşdım. Türkiyədə və Moskvada müalicə aldım. Həkimlərin hamısı eyni cavabı verirdi ki, uşağın olmayacaq. Müalicələri kəsdiyim vaxtda, iynə və dərmanlardan uzaqlaşdığım bir vaxtda hamilə oldum. Sən demə, iynə, dərman qəbul etmək lazım deyilmiş. Hər şey Allahın iradəsi ilə imiş”.

Müğənni ilk evliliyinin mənasız bir münasibət üzərində qurulduğunu elə ilk gündən anladığını söyləyir: “İlk ailəm uğursuz oldu. Daha doğrusu buna ailə də demək olmazdı. Nə yaşadıq ki, nə də gördük? Mən ailə qurduğum günün səhəri başa düşdüm ki, səhv etmişəm. Düzgün insan seçməmişəm. O, mənim üçün düzgün insan deyil, mən də onun üçün. Bunu başa düşdük və anlaşıb ayrıldıq”.

Sevda Sanəliyeva ikinci, daha doğrusu, elə özünün dediyi kimi birinci həyat yoldaşı deyə bəh-bəhlə danışdığı insanı yerə-göyə sığdıra bilmir: “İkinci həyat yoldaşım, o mənim ikinci yox, elə birinci yoldaşımdır. Bir-birimizi çoxdan tanıyırdıq. Mənə çox dəstək oldu. İmkan vermədi ki, əhvalım pis olsun. Yoldaşım mənim qolum, qanadımdır, mənim gücüm, qüvvətimdir. Anam rəhmətə getdikdən sonra mən onun dəstəyi ilə ayağa qalxdım. İkinci həyatı Allahın izni ilə yoldaşım mənə verdi. O, mənə işimdə, mahnılarımda, geyimimdə, çəkilişlərimdə, ev işlərində dəstək olur. Haqqımda müxtəlif, boş-boş söhbətlər gəzir. Bir müddət gəzib axırda yorulub oturacaq. Heç ona cavab verməyə ehtiyac yoxdur. Özü üçün, ailəsi, uşaqları üçün çalışıb vuruşan bir insanam. Kiminsə ailəsini dağıtmaq mənə düşməz. Kiminsə ərini əlində almaq mənə düşməz. Heç kəsdən qorxmuram, edərəm, o yana da keçərəm. Ancaq Allah da var axı”.






Xəbərin oxunma sayı : 376




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap