Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İş adamları “Lotu Quli”yə qarşı birləşdi - SİLAHLI DƏSTƏLƏR yaradılır

Tarix 24.11.16, 17:40

Font ölçüsü : - / +
bitmap-img6


KRİMİNAL AVTORİTETİN ADAMLARININ BAKIDAKI YAXINLARI MÜƏYYƏNLƏŞDİRİLİR.

Hazırda Azərbaycanda həbsdə olan "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun adamlarının Ukraynada yaşayıb işləyən azərbaycanlı biznesmenləri incitdiyi, onları ağır "vergi”lərə məhkum etdiyi, bu pulları verməyənləri isə döydürdüyü, qaçırdığı barədə məlumat vermişdik. 

"Lotu Quli” azərbaycanlılara DİVAN TUTUR - İş adamları döyülür, pulları alınır/ERMƏNİ NAZİRƏ ŞİKAYƏT
 
Redaksiyamıza bu məsələlərlə bağlı yeni məlumatlar daxil olub. Ukraynada işləyən azərbaycanlılardan BakiPost.az-a verilən məlumata görə, biznesmenlər mərhum kriminal avtoritet Rövşən Lənkəranski ilə aralarında olan davanın qisasını azərbaycanlı iş adamlarından almağa çalışan "Lotu Quli”yə qarşı tədbir görməyə başlayıb. Mənbəmiz bildirir ki, Ukraynada işləyən azərbaycanlılar Qulinin adamlarının özbaşınalıqlarından bezərək onlara adekvat cavab verməyə qərar veriblər. Belə ki, biznesmenlər avtoritetin adamlarının onlardan tələb etdiyi xəracın az bir hissəsini öz aralarında toplayaraq xüsusi dəstələr yaratmağa başlayıblar. Həmin dəstələr oradakı biznesmenlərin mühafizələrini təşkil edəcək və "Lotu Quli”nin adamlarının təhdidlərinə adekvat cavab verəcək.

Mənbə onu da əlavə edir ki, iş adamları artıq Bakıdakı əlaqələrindən istifadə edərək, "Lotu Quli”nin Ukraynada və Azərbaycandakı adamlarının yaxın ətraflarının da siyahısını hazırlayır. Məlumata görə, bu işlərdə onlara mərhum Lənkəranskinin Bakıdakı və Kiyevdəki adamları köməklik göstərir. Ukraynadakı silahlı mühafizəçiləri də azərbaycanlı iş adamlarına məhz Rövşənin yaxın adamları tövsiyə edib.
 
Biznesmenlərdən əldə etdiyimiz məlumatlardan belə görünür ki, bu qovğa hələ yenicə başlayır və "xərac davası" Ukraynada hələ çox azərbaycanlının qanını axıdacaq.
 
Bakı Post



Xəbərin oxunma sayı : 949




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap